Məhkəmə qərarları › İş №3(043)-943/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-943/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-943/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş, «X1» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs «X1» MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli № 11000-1538/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Goranboy rayonu, Ü.Hacıbəyov küçəsində qeydiyyatda olan «X1» MMC-nin ünvanına Gürcüstan Respublikasından 65744666 nömrəli vaqonda “Böyük Kəsik” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri, X3 Gömrük İdarəsinə göndərilmiş "Fraksiya olunmuş Perlit Suxuru“ yükünə dair **********8185 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük organına təqdim edilmişdir. **********8185 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olundu ki, “X2” MMC-nin ünvanına 65744666 nömrəli vaqonda daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş gaydada mallar gömrük sərhəddini keçənədək elekton formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, «X1» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, № 11000-1538/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X1» MMC-nin hüquqi ünvanı Goranboy rayonu, Ü.Hacıbəyov küçəsidir. Qısa idxal bəyannaməsinin verilməməsi hərəkətsizlikdə ifadə olunduğundan və hüquqi şəxs öz fəaliyyətini yerləşdiyi ünvanda həyata keçirdiyindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq qərara aldım: «X1» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar