Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-948/2021 17.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 iştirakları ilə xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 17 dekabr 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 01.11.2021-ci il tarixdə Şəxs X1 təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla o, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis mayoru X6 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, o, Ramil İmanovu 3 ildir ki, tanıyır. Ramil onun qaynı Elnurun keçmiş mərhum arvadı Rəmziyyə İmanovanın qardaşıdır. Rəmziyyənin intihar etməsi ilə bağlı o, məhkəmədə şahid qismində çıxış etmişdir. Həmin vaxtdan Ramil iddia edir ki, bacısı Rəmziyyənin ölümündə onun da əli var. 01.11.2021-ci il tarixdə saat 17 radələrində o, özünə məxsus ** DB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yolda gedən zaman Ramilin yanından keçərkən Ramil onu görüb tanımış və nalayiq sözlərlə söyərək təhqir etmişdir. Avtomobildə azyaşlı uşağı olduğu üçün Ramilə cavab verməmiş və avtomobili sürüb getmişdir. Həmin vaxt küçədə heç kəs olmamışdır. O, Ramilin üzərinə avtomobilini sürməmişdir və onu təhqir etməmişdir. Ramilin onun barəsində dedikləri həqiqətə uyğun deyil. Ramil bacısının ölümündə onu günahlandırdığı üçün onun barəsində daim şər və böhtan xarakterli şikatyətlər edir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirdi ki, 27.09.2017-ci il tarixdə Daşkəsən rayonu Yoqulular kəndində yaşayan bacısı X3 ölümündən sonra Şəxs tanımışdır. Bacısının ölümü ilə bağlı onun həyat yoldaşı X8 həbs edilmişdir. Buna baxmayaraq həmin cinayətin törədilməsində Şəxs iştirakı olmuşdur. İstintaq zamanı o və onun yaxın qohumları Elməddinin həmin cinayətdə iştirakının olmasını müxtəlif instansiyalara bildirdikləri üçün Elməddin həmin cinayətdən yayınmaq üçün onun və yaxın qohumlarının ünvanına gələrək həmin cinayətdən xəbəri olmadığını iddia etmişdir. O da Elməddinin dedikləri ilə razılaşmayıb yenə də şikayətlərini davam etdirmişdir. Baş vermiş hadisə ilə bağlı həm istintaq zamanı həmdə işə məhkəmədə baxılan zaman Elməddin onu öldürməklə hədələmişdir. Sonra onun keçmiş yeznəsi Elnur Verdiyevə məhkəmə qaydasında cəza verilmişdir. X10 cəza çəkir. Buna baxmayaraq Şəxs ilə aralarında ədavət var. 01.11.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb şəxsi işləri üçün küçə ilə getmək istəyəndə, arxa tərəfindən gələn avtomobilin onun üstünə gəldiyini görmüşdür. Həmin vaxt o, avtomobil onu vurmasın deyə kənara çəkilmişdir. O, dərhal avtomobili idarə edən şəxsə diqqət edəndə, avtomobilin sükanında əyləşən şəxsin əvvəllər ədavəti olan Şəxs olduğunu görmüşdür. Həmin avtomobil VAZ 2106 markalı ** DB *** dövlət nömrə nişanlı avtomobil idi. Həmin vaxt Şəxs avtomobilin güzgüsündən ona baxaraq onu nalayiq küçə söyüşləri ilə təhqir edərək avtomobili sürüb getmişdir. Həmin vaxt o, da əsəbiləşib Elməddinin arxasınca söyüş söymüşdür. Hadisə vaxtı tək olmuş, küçədə ümumiyyətlə heç kəs olmamış, hadisənin şahidi olan şəxslər yoxdur. Bundan sonra o, şəxsi işlərinin arxasınca getməyib, yaşadığı evə qayıtmış və DİN-nin 102 xidmətinə müraciət etmişdir. Sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatından məlum olur ki, hadisə zamanı ətrafda heç kəs olmamışdır. Protokolda Şəxs ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətdiyi qeyd edilsə də konkret olaraq hansı ifadələrin işlədildiyi, bu ifadələrin kimlərin yanında işlədildiyi, bu ifadələrin işlədilməsinin həqiqətən də ictimai qaydanın pozulmasına səbəb olması ilə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Hadisənin şahidləri yoxdur, tərəflərin münaqişəli vəziyyəti və ədavətləri nəzərə alındıqda R.İmanovun izahatına əsaslanaraq inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi Şəxs hərəkətlərində qanunazidd davranışın olması və onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması yuxarıda qeyd edilən sübut növlərinin məcmusu ilə təsdiq olunmur. Tərtib edilmiş protokol barəsində icraat aparılan şəxslə ədavəti olan zərərçəkmiş şəxsin izahatına əsaslanır və hadisəni bilavasitə görmüş şəxs tərəfindən tərtib edilmədiyindən hər hansı sübut əhəmiyyəti daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-948/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-948/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver