Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-95/2020 24.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, protokol tərtib etmiş x10 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi x2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs x3 iştirakı ilə; xx.xx.1993-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində 23 yanvar 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. x10 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi x4 tərəfindən protokol tərtib olunmuşdur ki, Şəxs 21.11.2019-cu il tarixdə Gəncə şəhəri, Məshəti qəsəbəsində yerləşəm Neftbazarın yaxınlığında tikinti işləri aparan zaman x3 cibindən 120 manat pulunu oğurlamışdır və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş x10 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi x4 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü yuxarıda göstərilən əməlin törədilməsində təqsirli bildiyini, maddi imkanının olmaması səbəbindən həmin inzibati xətanı törətməsini və törətdiyi əməldən peşman olmasını bir daha belə hallara yol verməyəcəyini, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın onun tərəfindən ödənilməməsini, lakin ödəyəcəyini bildirdi. Məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs x5 izahatında bildirdi ki, tanımadığı adını Mühəmməd kimi təqdim edən şəxsi fəhlə kimi işləmək üçün inşa etdiyi hörgü işlərində ona sement qarışdırıb verməsi üçün işə aparmışdır. 21.11.2019-cu il tarixdə Mühəmməd günorta saatlarında ona bildirmiş ki, uşağı xəstədir bir az tez getmək istəyir. O, isə Mühəmmədin uşağının xəstə olmasına görə onu işdən tez buraxmışdır. Sonradan axşam evə özü gedən zaman ona məlum olmuş ki, həmin tikinti işləri aparılan yerdə qoyulmuş vaqonun içərisində divardan asdığı gödəkçəsinin cibində olan 120 manat pulunu Mühəmməd adlı şəxs vaqona girib çıxan zaman gizli yolla oğurlamışdır. Ona görə də DİNin 102 xidmətinə müracət etmiş və Kəpəz RPİ-nə gələrək ərizə yazmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 dekabr 2019-cu il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə İXM-in 33.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən xırda talama inzibati xəta törətməsini ağırlaşdıran hall kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini və qazancı olmamaqla heç bir yerdə işləməməsini, şəxsiyyətini, məhkumluğunun ödənilməməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməməsini və bu istiqamətdə heç bir hərəkət etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxsə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. İş materiallarına əlavə olunmuş, 23 yanvar 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 yanvar 2020-ci il tarixdə saat 13:50-da tutulmuşdur, inzibati tənbeh tətbiq edilərkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli Şəxs tutulduğu 23 yanvar 2020-ci il tarixdən saat 13:50-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin x6 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-95/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-95/2020
24.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver