Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-951/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Sadılı qəsəbəsi Y/Ə Sahə-32 məhlə, E-3 küçəsində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-2021/2020 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəflərindən təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu borcundan heç bir ödəniş etməmişdir. Nəticədə 1540 (bir min beş yüz qırx) manat aliment borcu yığılmışdır. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Şəxs onun çağırışlarına könüllü gəlmədiyindən barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Məhkəmədən protokol üzrə borclunun təqsirli hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, tələbin könüllü icrası barədə bildirişi və xəbərdarlığı şəxsən almışdır. O, hazırda “xxxxxxx” MMC-də köməkçi fəhlə vəzifəsində işləyir və hər ay 341.90 manat əmək haqqı alır, əmək haqqından 224 manat aliment borcuna görə tələbkarın xeyrinə pul tutulur. Maddi imkanı olmaması və başqa aliment öhdəliyi olması səbəbindən əlavə ödəniş etməyə maddi imkanı çatmır. Məhkəmədən inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hərbiçi olmaqla şəhid ailəsidir, qardaşları hazırda hərbi xidmətdədir. Himayəsində olan uşaqların hər ikisi ağır formada asma xəstə olduğu üçün məzuniyyətə çıxmışdır. Anasının köməkliyi ilə çox pis vəziyyətdə yaşayır və uşaqların müalicəsinə pul tapa bilmir. Borclu onun əri olmaqla yanaşı həmçinin xalası oğludur. Borclu heç nədən xəbəri olmamış kimi özünü aparır, uşaqları ilə maraqlanmır və onların müalicəsinə köməklik göstərmir, təyin olunmuş 240 manat sabit pul məbləğində alimentdən avqust, sentyabr, oktyabr, noyabr aylarında borclunun əmək haqqından hər ay 224 manat pul onun xeyrinə tutulmuşdur və bu tutulmalardan başqa Şəxs heç bir köməklik göstərməmiş və öhdəliyini tam olaraq icra etməmiş, nəticədə 1540 (bir min beş yüz qırx) manat aliment borcu yığılmışdır. Bundan başqa borclu Şəxs birinci evli olduğu xanımla barışmış və bir yerdə yaşayırlar, lakin Şəxs birinci evli olduğu xanıma aliment borcunun olmasını və icra sənədini icra etməsini bəhanə edərək ona olan aliment borcunu ödəmir. Bundan əlavə borclu icra məmurunun çağırışlarına gəlməmiş, onun məcburi gətirilməsi üçün neçə müddətdir bütün dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Şəxs aliment borcunu ödəmək niyyəti olmadığı və icra məmurunun çağırışlarından yayınacağı üçün əlavə vaxt verilmədən barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədi üzrə 1540 (bir min beş yüz qırx) manat borcu yaranmış və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, avqust, sentyabr, oktyabr, noyabr aylarında borclu Şəxs hər ay aldığı 341.90 manat əmək haqqının 224 manat hissəsinin aliment borcu olaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması və nəticədə 1540 (bir min beş yüz qırx) manat aliment borcunun yığılması, borclu tərəfindən əlavə olaraq uşaqların saxlanılması və aliment borcundan heç bir manat ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu Şəxs daimi qazancı olduğu halda məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun icra etməsini, məhkəmə qətnaməsinin və aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərir. Belə ki, iş materiallarından aydın olur ki,Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxxx 2018-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs tutulan alimentin məbləği artırılaraq, bir uşaq üçün 120 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir.Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(043)-134/2020 saylı qərarından görünür ki, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə prokotol tərtib olunmuşdur. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və İnzibati həbsə alınmanın əvvəli X7 qəbul edildiyi saatdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 qəbul edildiyi vaxtdan hesab edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-951/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-951/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver