Məhkəmə qərarları › İş №3(043)-954/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-954/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-954/2020 18.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X9 iclas katibliyi, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X6 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 21, mənzil 26-da qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 10-cu küçədə yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 157-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı X12 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi polis leytenantı X12 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X4 xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Zabitlər evinin qarşısında X15 ilə münaqişə yaradaraq onu vurmuş, ictimai qaydadanı öz hərəkətləri ilə pozmuşdur. Həmçinin polisə tabe olmamışdır. Beləliklə də, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru X10 izahatında göstərdi ki, X4 xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Zabitlər evinin qarşısında X15 ilə münaqişə yaradaraq onu vurmuş, hərkətləri ilə ictimai qaydanı pozmuş, həmçinin polisə tabe olmayaraq tabesizlik göstərmişdir. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 ifadəsində bildirdi ki, yanğın söndürmə avtomobilində sürücü vəzifəsində işləyir. O, idarə etdiyi avtomobili xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Zabitlər evinin qarşısında yolun kənarında dayanmış zərərçəkmiş şəxs Müşviq Orucova məxsus avtomobilin arxasında yolun ortasında saxlamış, özünə məxsus avtomobildə ailəsi ilə birlikdə oturaraq adam gözləmişdir. Müşfiq ona avtomobilini kənara kəçməsini demiş və həmin vaxt ucadan danışmışdır. O da onun yanına getmiş və yavaşdan deyə biləcəyini bildirmiş və qeyri etik ifadə işlətmiş, aralarında mübahisə yaranmış, bu zaman Müşviqin baş nahiyyəsinə bir zərbə vurmuşdur. Bundan sonra özünə məxsus avtomobili idarə edərək getmişdir. Bir müddət sonra polis idarəsindən ona məxsus mobil telefona zəng gəlmiş və onu polis idarəsinə dəvət etmişlər, o da getmişdir. Polisin qanuni tələbinə tabesizlik göstərməmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 ifadəsində bildirdi ki, hərbiçi olmaqla döyüşlərdə iştirak etmiş və başından zədə alaraq müalicə üçün evə buraxılmış, həyat yoldağı onkoloji xəstə olmaqla xəstəxanada müalicə alır, iki oğlu hərbi xidmətdə olmaqla döyüşlərdə iştirak edir. O, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Zabitlər evinin qarşısında yolun kənarında idarə etdiyi avtomobili saxlayaraq apteklərdən dərman axtarmış, qayıdıb avtomobilini idarə edib getmək istəyərkən arxasında avtomobil dayandığını görmüş və həmin avtomobilin sürücüsünə avtomobilini götürməsi üçün səsləmiş, lakin həmin avtomobilin sürücüsü onu eşitmədiyindən uca səslə onu çağırmalı olmuşdur. Bundan sonra həmin avtomobilin sürücüsü avtomobilindən düşərək ona yaxınlaşmış, ona qarşı qeyri etik ifadə işlətmiş və onun baş nahiyyəsindən vurmuşdur. O, heç nə etməmiş tələsdiyi üçün getmiş və sonra polis idarəsinə şikayətlə müraciət etmişdir. Hazırda X4 ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X4 xx xxxxxx 2020-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə adı sonradan məlum olan X2 Gəncə şəhər Nizami küçəsində yerləşən Zabitlər Evinin qarşısında bir nəfər şəxslə münaqişə etməsi tərəfindən aşkar edilmişdir. O həmin şəxsi bir neçə dəfə nizam intizama dəvət etməyimə baxmayaraq bu şəxs ucadan söyüşlər söyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də, X4 tərəfindən Kəpəz RPİ-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş X13 RPİ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə hesаb edir ki, zərərçəkmiş şəxs inzibаti xətаnı törədən şəxslə bаrışdığındаn X4 bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla X2 İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutlarla təsdiq olunmur. Belə ki, X4xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Zabitlər evinin qarşısındayolun kənarında dayanmış zərərçəkmiş şəxs Müşviq Orucova məxsus avtomobilin arxasında yolun ortasında saxlamış, özünə məxsus avtomobildə ailəsi ilə birlikdə oturaraq adam gözləmiş, Müşfiq ona avtomobilini götürməsini demiş və həmin vaxt ucadan danışmışdır. O da onun yanına getmiş ona yavaşdan deyə biləcəyini bildirmiş və qeyri etik ifadə işlətmiş, aralarında mübahisə yaranmış, bu zaman Müşviqin baş nahiyyəsinə bir zərbə vurmuşdur. Bundan sonra özünə məxsus avtomobili idarə edərək getmişdir. Bir müddət sonra polis idarəsindən Elçin Tanrıverdiyevə məxsus mobil telefona zəng edilmiş və onu polis idarəsinə dəvət etmişlər, o da getmiş, polis qanuni tələbinə tabesizlik göstərməmişdir. Onun tərəfindən qeyd olunan hərəkətləri etməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin: 53.0.2-ci maddəsində qeyd olunur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hаllаrı müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi (İXM 32.1.1) nəzərə alır, inzibati xətanı ağırlaşdıran hallar (İXM 33.1.7) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla, həmin Məcəllənin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələri ilə başlanmış inzibati icraata xitam verilsin. X4 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 (əlli) manat miqdarında cərimə edilsin. X4 məhkəmə iclas zalında dərhal buraxılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar