Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-960/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X6 oğlunun iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 oğlu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat inzibati cərimə olunması barədə xx.xx.2020-ci il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, şikayətçi xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində Mercedes Benz 300D markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, “Nizami sovxozu” istiqamətində hərəkət edərkən onunla eyni istiqamətdə hərəkət edən “QAZEL” markalı avtomobil hadisə yerinə çatan kimi dönmə işığını qoşub bir anda dönmə manevri edərək qəza şəraiti yaratmışdır. Belə ki, o yolun sol tərəfi ilə hərəkət edərkən “QAZEL” markalı avtomobil yolun sağı ilə hərəkətdə olmuşdur. Qarşı tərəf məsafəni gözləmədən qəfildən sol tərəfə dönüb onun qarşısına çıxmışdır. Qəzadan qaçmaq üçün avtomobili yolun əks tərəfində olan boş yola keçirmək istəmiş, bu zaman “QAZEL” markalı avtomobil onun avtomobilinin orta hissəsindən vurmuşdur. Nəticədə avtomobilinə xeyli ziyan dəymişdir. Hadisə zamanı heç bir yol hərəkəti qaydasını pozmasa da onun barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə protokol tərtib edilərək 60 manat cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun olaraq izahat verib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallrında olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmağa görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş, X5 protokolla tanış olaraq onu imzalamışdır. Protokola əlavə olunmuş yol-nqəliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yolun ümumi eni 23 metrdir. Yolda üfüqi nişanlanma xətləri yoxdur. Yol-nəqliyyat hadisəsində iştirak edən Mercedes Benz markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil və “QAZ-2217” markalı E429 MP126 dövlət qeydiyyat nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olmuşdur. Toqquşmanın baş verdiyi yer avtomobillərin hərəkət istiqaməti üzrə yolun sağ kənarından 12,5 metr məsafədə yerləşir. Hadisə zamanı “QAZ-2217” markalı avtomobil sola istiqamətlənmiş vəziyyətdə sol dönmə manevri icra etmişdir. Mercedes-Benz markalı avtomobil isə onun solundan keçməklə əks istiqamətli hərəkət zolağına daxil olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünün yazıldığı DVD diskə baxış keçirilmişdir. Videofayl ümumilikdə 08 saniyəlik görüntüdən ibarətdir. Görüntünün 2-ci saniyəsində kameranın görüntü dairəsinə “QAZ-2217” markalı avtomobil daxil olur. “QAZ-2217” markalı avtomobil yolun həmin istiqamətində nisbətən sol tərəfi ilə hərəkət edir, onun sağ tərəfində başqa avtomobillər var. “QAZ-2217” markalı avtomobilin sol dönmə işığı qoşuludur. Görüntünün 4-cü saniyəsində kameranın görüntü dairəsinə “Mercedes-Benz” markalı avtomobil daxil olur. Mercedes –Benz markalı avtomobil yolun həmin istiqamət üçün sol tərəfi ilə hərəkət edir. Görüntünün 5-ci saniyəsində “QAZ-2217” markalı avtomobil sola dönmə manevrinə başlayır. Bu zaman arxadan gələn “Mercedes-Benz” markalı avtomobil bir az da sola doğru istqamətlənir və “QAZ-2217” markalı avtomobilin solundan keçməyə çalışır. Görüntünün 6-cı saniyəsində nəqliyyat vasitələrinin toqquşması baş verir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinin İ hissəsinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Həmin Qanunun 49-cu maddəsinin İİ hissəsinə əsasən Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Həmin Qanunun 49-cu maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər. Həmin Qanunun 51-ci maddəsinin İ hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X5 idarə etdiyi nəqliyyat vasitəsi ilə qarşısında gedən və sola dönmə siqnalını qoşmuş nəqliyyat vasitəsinin solunda keçmək üçün qarşı hərəkət zolağına çıxmış, bu zaman sola dönməkdə olan “QAZ-2217” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sürücü sola dönməkdə olan nəqliyyat vasitəsini ötməməli olduğu halda əks istiqamətli hərəkət zolağına çıxmaqla həmin manevri etməklə yol hərəkət qaydasını pozduğundan onun hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-960/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-960/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver