Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-961/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, vəkili X4, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, 3-cü qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:00 radələrində ünvan 1 ünvanında bacısı X5 əl zərbələri ilə vuraraq onu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu göstərdi ki, bacısını o vurmamışdır. Günah atasında olmuşdur. Atası ilə bacısı Ayğün mübahisə edərkən o, onları aralaşdırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında göstərdi ki, təxminən 5 ildir evli olsa da az yaşlı övladları ilə birlikdə X1na məxsus ünvan 2 ünvanında qardaşı Şəxs ilə birlikdə yaşamış, atasına məxsus evdə yaşadığı dövrdə ara-sıra atası ilə arasında mübahisələri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində atasına məxsus evdən özünə məxsus əşyaları götürən zaman atası ondan atasına məxsus qızıl zinət əşyalarını geri verməyini tələb edərək onunla mübahisə etməyə başlamış, mübahisə zamanı atası üzərinə gəlib bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmuşdur. Atası onu vuran zaman evdə olan qardaşı Ələmdar da onun üzərinə gələrək saçından tutub dartaraq onu döymüşdür. Həmin vaxt o səs-küy saldığı üçün binanın blokunda onu gözləyən az yaşlı oğlu X15 qapını açıb içəri daxil olmuş və o həmin vaxt Ayxana Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək atasının və qardaşının onu döyməsi barədə məlumat verməsini bildirmişdir. Ayxan məlumat verdikdən sonra özünə məxsus əşyaları götürüb binanın həyətinə düşüb polis əməkdaşlarının gəlməsini gözləmiş, polis əməkdaşları gəldikdən sonra Kəpəz RPİ-nə gələrək atası və qardaşı tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. X1 və qardaşı Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadıqları evdə bədənimin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq onu döymüşlər, həmin vaxt orada o, atası və qardaşından başqa heç kim olmamış, atası və qardaşı ilə aralarında dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir.Əlavə olaraq göstərdi ki, atası onu döyərkən başını aşağı əymiş onun başına yumruq zərbəsi vurulmuşdur. Zərbənin kim tərəfindən vurulduğunu dəqiq bilməmiş hesab edir ki, qardaşı Ələmdar vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Şəxs onun oğlu, Aygün Bayramova isə qızıdır. Qızı Ayğün uşaqları ilə onun evində yaşayır. Oğlu Ələmdar arvadı ilə ayrılmış, onun arvadının qızıllarını qızı Aygül satmışdır. O, Aygüldən qızılları istəyəndə onu itələyərək yıxmışdır. O, Aygülün hrəkətinə görə əsəbləşərək onu sillə ilə vurmuşdur. Qızı Ayğüllə aralarında mübahisə yarandığı üçün oğlu Ələmdar onları aralamışdır. Ələmdar Aygülü vurmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8, Gəncə şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 1083 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –hər iki bazu nahiyələrinin qançırları və alt çənə nahiyəsinin sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilmi. Məhkəmə iş materiallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən X5 döyməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-961/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-961/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver