Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-962/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə; xx.xx.1948-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİin Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X9 tərəfindən xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X9 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Gəncə şəhəri 3-cü mikrorayon, bina 19, mənzil 18-də şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs qızı Aygün Talıbovanı vuraraq ona fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Bu səbəbdən də tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, onun barəsində Kəpəz RPİ-nə müraciət etmiş qızı Aygün Talıbova evli olsa da təxminən 5 ildir uşaqları ilə birlikdə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildə onunla və oğlu Ələmdar Bayramov ilə birlikdə yaşamış, o Aygünə dəfələrə özünə məxsus Gəncə şəhəri Cavadxan qəsəbəsi təzə məhlələrdə yerləşən evinə çıxıb getməsini bildirsə də Aygün ona məxsus evdən çıxmamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Aygün ona məxsus evə gəlib özünə məxsus əşyaları yığan zaman o Aygündən saxlaması üçün verdiyi qızıl zinət əşyalarını ona qaytarmasını bildirmiş, həmin vaxt Aygün saxlaması üçün verdiyi qızıl zinət əşyalarını qaytarmayacağım bildirdiyi üçün o əsəbləşib Aygünün üzərinə gedib Aygünün sifət nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. O, Aygünü vurduqdan sonra Aygün uca səslə səs-küy salmağa başlamış, həmin vaxt evdə olan oğlu Ələmdar yanlarına gəlib Aygünü və onu ayırmış, Ələmdar Aygün ilə onu ayıran zaman Aygünün saçından tutub dartmışdır. Aygünün səsini eşidən az yaşlı nəvəsi X13 blokdan evə daxil olaraq Aygünü yaşadıqları evdən aparmış, bir neçə dəqiqə sonra isə polis əməkdaşları yaşadıqları invana gəlib onu və oğlunu Aygünün şikayəti ilə bağlı Kəpəz RPİ-nə aparmışlar. Hazırda tutduğu əməldən peşmandır, yaşını və pensiyaçı olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, təxminən 5 ildir evli olsa da az yaşlı övladları ilə birlikdə atası Şəxs İsrafil oğluna məxsus ünvan 2 ünvanında yerləşən mənzildə atası və qardaşı X4 ilə birlikdə yaşamış, atasına məxsus evdə yaşadığı dövrdə ara-sıra atası ilə arasında mübahisələri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində atasına məxsus evdən özünə məxsus əşyaları götürən zaman atası ondan atasına məxsus qızıl zinət əşyalarını geri verməyini tələb edərək onunla mübahisə etməyə başlamış, mübahisə zamanı atası üzərinə gəlib bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmuşdur. Atası onu vuran zaman evdə olan qardaşı Ələmdar da onun üzərinə gələrək saçından tutub dartaraq onu döymüşdür. Həmin vaxt o səs-küy saldığı üçün binanın blokunda onu gözləyən az yaşlı oğlu X13 qapını açıb içəri daxil olmuş və o həmin vaxt Ayxana Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək atasının və qardaşının onu döyməsi barədə məlumat verməsini bildirmişdir. Ayxan məlumat verdikdən sonra özünə məxsus əşyaları götürüb binanın həyətinə düşüb polis əməkdaşlarının gəlməsini gözləmiş, polis əməkdaşları gəldikdən sonra Kəpəz RPİ-nə gələrək atası və qardaşı tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Atası Şəxs İsrafil oğlu və qardaşı X4 xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadıqları evdə bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq onu döymüşlər, həmin vaxt orada o, atası və qardaşından başqa heç kim olmamış, atası və qardaşı ilə aralarında dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş, Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 icraatında olan HK-1/2566 saylı material üzrə cinayət işinin rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsi təzə məhlələrdə yaşayan X1 RPİ-nə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində atası Şəxs İsrafil oğlunun və qardaşı X2 yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzildə bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün qismən etiraf edici ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun pensiyaçı olmaqla yaşını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-962/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-962/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver