Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-963/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində yerləşən “xxxx” MMC-yə məxsus bazardan X4 məxsus 500 manat dəyərində göyərti məhsullarını açıq sahədən oğurlamışdır və xüsusi icazə olmadan komendant saatında küçədə olmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X2 bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən, “xxxx” MMC-yə məxsus bazara daxil olaraq X3 açıq sahədə yığmış olduğu göyərti məhsullarını oğurlamışdır. Gəncə şəhərində komendant rejimi tətbiq edildiyindən və həmin vaxt həm də komendant saatı olduğundan eyni zamanda Şəxs komendant rejiminin qaydalarını pozmuşdur. Buna görə də onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində işlədiyi “xxxx” MMC-yə məxsus bazarda 500 manat dəyərində göyərti məhsullarını alıb açıq sahədə təqribən 50 ədəd sellofan torbaya yığaraq növbəti gün satmaq üçün qoymuş və evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində bazara gəldiyi zaman torbaların yerində olmadığını görmüş, bu barədə polisə müraciət etmişdir. Sonradan həmin məhsulların bazara gecə saatlarında gəlmiş Şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Şəxs əvvəllər də bazarda görmüşdür, lakin onunla hər hansı şəxsi münasibəti olmamışdır. Hazırda Şəxs ona vurulmuş ziyanı ödəməmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Goranboy rayonunun Zeyvə kəndində yaşayır. Gəncə şəhərində yerləşən “xxxx” MMC-yə məxsus bazardan daim göyərti məhsulları alaraq aparıb Goranboy rayonunda satır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində özünə məxsus olan VAZ- 2106 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərinin girişindəki polis postunda yalandan qohumunun cəbhə bölgəsində yaralanaraq gəldiyini, ona baş çəkməyə getdiyini demiş, polis əməkdaşları da ona güzəşt edərək keçməsinə şərait yaratmışdır. Bundan sonra həmişəki kimi “xxxx” MMC-yə məxsus olan, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yerləşən bazara gəlmiş və bazara daxil olmuşdur. Bazara gəlməkdə məqsədi gğyərti alıb aparıb satmaq olmuşdur. Lakin həmin vaxt bazarda heç kimin olmadığını görmüş, bazarın içərisində gəzərkən açıq sahədə təxminən 20 torba dolusu müxtəlif göy-göyərtinin olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin torbaları avtomobilinə yığmış, birbaşa Naftalan şəhərinə gələrək burada göylərin bir hissəsini təxminən 100 manata satmış, qalan hissəsini isə artıq xarab olduqları üçün yol kənarına tullamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X4 məxsus olan 500 manat dəyərində göyərti məhsullarının oğurlanmasına görə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 21:50-də inzibati qaydada tutulmuşdur. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və barəsində tərtib edilmiş protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Digər tərəfdən tədqiq edilmiş sübutlarla Şəxs komendant rejiminin tətbiq edildiyi Gəncə şəhərinin ərazisində komendant saatı müddətində xüsusi icazə olmadan küçədə olması da müəyyən edilmişdir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmaq inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 227 və 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 227 və 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il saat 21:50dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-963/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-963/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver