Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-965/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən e t d i: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə 27.12.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 27.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, 26.12.2021-ci il tarixdə Kəpəz RPİ-nin inzibati ərazisində uca səslə nalayiq ifadələr işlədərək, polisin işinə müdaxilə edərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır, bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, şəxsin subyekt kimi inzibati məsuliyyətə cəlb edilməsi üçün ona isnad edilən inzibati xətanı törədərkən qanunla müəyyən edilmiş yaş həddinə, yəni 16 yaşına çatmalı və anlaqlı olmalıdır, yəni törətdiyi əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmalıdır. Bu iki əlamətdən biri mövcud olmadıqda, şəxs inzibati xətanın subyekti hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 15-ci maddəsinə əsasən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo- Nevroloji Dispanserin 04.09.2021-ci il tarixli 424 nömrəli məktubda qeyd edilmişdir ki, Şəxs 27.11.2004-cü ildən “Şizofreniya natamam remissiya, sadə forma” diaqnozu ilə PND-də qeydiyyatdadır. Sonuncu dəfə 19.08.2015-ci ildə dispanserə müraciət edib və bundan sonra bir daha dispanserə müraciət etməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, səlahiyyətli orqan Şəxs inzibati məsuliyyətə cəlb edərkən, ilk növbədə onun isnad edilən inzibati xətanı törədərkən anlaqlı olub-olmamasını, yəni törətdiyi əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib-etməməsini və ya öz əməlini idarə etmək iqtidarında olub-olmamasını məhkəmə-psixiatrik ekspertizasının rəyi alınmaqla müəyyən etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Hazırkı iş üzrə barəsində inzibati inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsirləndirildiyi İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında inzibati həbs növündə tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin ona isnad edilən inzibati xətanı törədərkən anlaqlı olub-olmamasının müəyyən edilməsi zəruri olduğundan və bu vəziyyətdə inzibati xəta haqqında işə daxil olduğu gün mahiyyəti üzrə baxılması mümkün olmadığından, çatışmazlığın aradan qaldırılması üçün inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş MN ******* nömrəli, 27.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-965/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-965/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver