Məhkəmə qərarları › İş №3(043)-969/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-969/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-969/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində 21.12.2021-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs, barəsində olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli, 2(043)- 3692/2018 nömrəli icra vərəqəsinə əsasən aliment borcunu ödəməyərək icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli 2(043)-3692/2018 saylı, icra vərəqəsinə əsasən X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan hissə-hissə ödəniş etməyəcəyini bildirmişdir.Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla 3380 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, borcunu ödəməkdən heç vaxt yayınmamışdır. Belə ki, 14 dekabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında tələbkarla öz aralarında razılaşmışlar ki, 130 manat alimenti həmin tarixdən hər ay vaxtı-vaxtında və əlavə olaraq yaranmış 2490 manat aliment borcundan hissə-hissə ödəniş etməklə 150 manat ödəniş etsin. Bununla bağlı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Bundan sonra hər ay 130 manat alimenti və əlavə olaraq yaranmış borcundan 20 manat olmaqla 150 manat məbləğində pulu tələbkara ödəmişdir.Bundan sonra da alimenti və borcundan hissə-hissə ödəniş edəcəkdir və bundan heç vaxt boyun qaçırmamışdır. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə və təqdim olunmuş sübutlarla borclu tərəfindən icra sənədinin icrasından yayınması təsdiqini tapmamışdır. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli, 2(043)-3692/2018 saylı icra vərəqəsindən görünür ki, 03.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.12.2020-ci il tarixli, 3(043)-1009/2020 saylı qərarından görünür ki, Şəxs 2490 manat aliment borcundan 130 manat və 200 mnat ödəniş etməklə növbəti aylarda aliment borcundan hissə-hissə ödəyəcəyi barədə tələbkarla razılıq əldə etdiyi üçün və tələbkarın nümayəndəsinin borclu ilə razılıq əldə etmələri ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etməsi nəzərə alınaraq sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu tərəfindən təqdim olunmuş qəbzlərindən görünür ki, borclu 2021-ci ilin yanvar ayından başlayaraq 22.01.2021-ci il tarixdə 150 manat, 22 fevral 2021-ci il tarixdə 130 manat, 30 mart 2021-ci il tarixdə 150 manat, 29 aprel 2021-ci il tarixdə 150 manat, 01 iyun 2021-ci il tarixdə 150 manat, 01 iyul 2021-ci il tarixdə 150 manat, 30 iyul 2021-ci il tarixdə 150 manat, 25 avqust 2021-ci il tarixdə 150 manat, 25 sentyabr 2021-ci il tarixdə 150 manat, 26 noyabr 2021-ci il tarixdə 140 manat və 24 dekabr 2021-ci il tarixdə 130 manat ödəniş etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib olunmuş 21.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu icra sənədini icra etməkdən yayındığı üçün 3380 manat aliment borcu yaranmışdır. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu icra sənədini icra etməkdən boyun qaçırmamış, tələbkarla öz aralarında olan razılaşmadan sonra təyin olunmuş 130 manat alimenti və 2490 manat borcundan müəyyən hissəsini ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30- 34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar