Məhkəmə qərarları › İş №3(043)-979/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-979/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-979/2021 30.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlunun sədrliyi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas katibi Həsənov Mətin Həsən oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 07 avqust 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respiblikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(043)- 2998/2018 nömrəli icra sənədinə əsasən 16 may 2018-ci il tarixdən başlayaraq, 01 aprel 2010-cu ildə doğulmuş Əli və 02 sentyabr 2012-ci ildə doğulmuş Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 135 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədinə əsasən Şəxs müvafiq olaraq 9340 manat borcu yarandığından onun barəsində icra məmuru X2 tərəfindən 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunu ödənilməsi tələb edilsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(043)- 2998/2018 nömrəli icra sənədinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs icradan boyun qaçıraraq tələbi bu günədək tam icra etməmişdir. Onun hazırda 9340 manat aliment borcu vardır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(043)-2998/2018 nömrəli icra sənədinə əsasən 16 may 2018-ci il tarixdən başlayaraq, 01 aprel 2010-cu ildə doğulmuş Əli və 02 sentyabr 2012-ci ildə doğulmuş Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 135 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə isə 9340 manat borcu qalmışdır. Borcunu ödəməyə hazırda maddi imkanı yoxdur. Odur ki, barəsində həbslə bağlı olmayan inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadəsini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, Şəxs barəsində haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(043)-2998/2018 nömrəli icra sənədinə əsasən 16 may 2018-ci il tarixdən başlayaraq, 01 aprel 2010-cu ildə doğulmuş Əli və 02 sentyabr 2012-ci ildə doğulmuş Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 135 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan “icraata başlanması haqqında” 02 iyul 2018-ci il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(043)- 2998/2018 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İşdə olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs 20 iyun 2019-cu il tarixdə həmin bildiriş təqdim olunmuşdur. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 04 may 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İşdə olan 14 mart 2019-cu il tarixli bildirişdən görünür ki, Şəxs icra məmuru tərəfindən aliment borcunu ödəməsi üçün yeni müddət təyin olunmuşdur. İşdə olan 20 iyun 2019-cu il tarixli təklifdən görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçməsi və bu barədə icra idarəsinə məlumat verməsi təklif olunmuşdur. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 04 oktyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs barəsində 01 oktyabr 2021-ci ildə 520687 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi ktəyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyytinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutlmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən və həmin borc alimentlə bağlı olub kifayət qədər ciddi məbləğ olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan inzibati həbs seçilməli və həbsin əvvəli 30 dekabr 2021-ci il tarixdən, saat 12:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 30 dekabr 2021-ci il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Baş Polis İdarəsinin X3 həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar