Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-998/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Səfərov Elgün Rövşən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin Kəpəz rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan və qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi Əhməd Foladi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Səfərov Elgün Rövşən oğlu xüsusi karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin xüsusi işlər üzrə rəis müavini Arif Hüseynov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səfərov Elgün Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokoldan və qərardan narazı qalan Səfərov Elgün Rövşən oğlu Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə şikayət verərək, həmin inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokoldan və qərardan verilən şikayət aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının x xxxxx 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətə əlavə edilmiş AZE 17096223 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərov Elgün Rövşən oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Səfərov Elgün Rövşən oğlunun yaşayış yeri Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, hazırki inzibati xəta haqqında işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Səfərov Elgün Rövşən oğlunun onun barəsində qəbul edilmiş inzibati xəta haqqında protokoldan və qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara alır: Səfərov Elgün Rövşən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin Kəpəz rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-998/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-998/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver