Məhkəmə qərarları › İş №3(043)-999/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-999/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-999/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X2 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. X1 şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verərək, cərimənin ləğv edilməsini, barəsində çıxarılmış inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət (ərizə) və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(043)-874/2020 saylı qərardadından görünür ki, X3 şikayətin forma və məzmununa dair tələblərə əməl etməyərək, məhkəməyə olan müraciətini ərizə kimi göstərdiyindən, eləcə də müraciətində inzibati xəta haqqında hansı qərardan şikayət verməsini dəqiq göstərmədiyindən, sadəcə ümumi olaraq cərimənin ləğv və qərarın ləğv edilməsini xahiş etdiyindən, bununla da onun hansı tarixli və saylı qərardan şikayət verməsini müəyyən etmək mümkün olmadığından X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. X3 məhkəmənin qərardadında qeyd edilən natamamlıqları aradan qaldırmadan “ərizə” başlıqlı müraciətini təkrarən baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərmişdir. Lakin, məhkəmə qeyd edir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(043)-874/2020 saylı qərardadında göstərilən natamamlıqlar aradan qaldırılmadan, X2 müraciətinə baxılması mümkün deyildir. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında qərardan "şikayət" verilməsi nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında qərar məhkəməyə "ərizə" ilə müraciət olunaraq mübahisələndirilə bilməz. Digər tərəfdən, inzibati tənbeh vermə haqqında qərardan şikayət verildikdə, şikayətin məzmununda şikayətçinin məhz hansı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirdiyi dəqiq göstərilməlidir. Şikayətə xx.xx.2020-ci il tarixli EQ 38895801 saylı və xx.xx.2020-ci il tarixli EQ 433859 saylı inzibati tənbeh vermə haqqında qərarlar əlavə edilmiş olsa da, şikayətin məzmununda məhz həmin qərarların mübahisələndirilməsi qeyd edilməmişdir. Ona görə də, ərizə (şikayət) və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi ərizə (şikayət) ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar