Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və onun əsasındatoplanmış materiala baxaraq, məhkəmə müəyyən etdi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən xx xxxx 1984-cü il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx xxxxxx 2018-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsi ilə olan xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında protokoldanmüəyyən olunur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 xx.xx.1984-cü ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, hal-hazırda ticarətlə məşğul olan, dediyinə görə əvvəllər məhkumluğu olmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2320/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 628 (altı yüz iyirmi səkkiz) manat 26 qəpik məbləğində pul vəsaiti alınaraq “xxxxxxxxx“ KB ASC-ə ödənilməsi əmr edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044 )-5887/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 3030 (üç min otuz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044 )- 7223/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044 )-7098/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 9530 (doqquz min beş yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədləri müvafiq olaraq xx xxxxx 2017-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci tarixlərində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Həmin tarixlərdə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilməsinə dair bildiriş göndərilmişdir. Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarlarını icra etməkdən üzrsüz səbəbdən yayınır və bugünədək borclarından heç bir ödəniş etməmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gələrək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıdakılara əsasən məhkəmə, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini zəruri hesab edir. Belə ki, xx.xx.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası Şəxs müdafiəçisinin iştirakını təmin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixə saat 15:00-a təxirə salınmışdır. Şəxs xx.xx.2018-ci il tarixdə saat 15:00-a təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Ona görə də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən onun məhkəməyə gətirilməsi qərara alınmış və məhkəmə iclası təxirə salınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı icra olunması üçün Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin, hazırki vaxtadək qərardad icra olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş Şəxs Gəncə şəhəri, Nizami Rayonu, Ş.Rustaveli küçəsi 5-DAL., ev 4-də qeydiyyatdadır (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2017-ci il). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Polis Bölməsinin xx.xx.2018-ci il tarixli 316-1982-1218 saylı məktubundan və həmin məktuba əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 910 saylı arayışından görünür ki, Şəxs ünvan 1 ünvanında yaşamır və harada yaşaması onlara məlum deyil. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olanGəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 3(044)-118/2018 saylı qərardadından görünür ki, xx xxxx 1984-cü il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Polis Bölməsinin xx.xx.2020-ci il tarixli 316-5716-1220 saylı məktubundan görünür ki, vətəndaş Şəxs ünvan 4 ünvanda yaşamır. Araşdırma zamanı məlum olmuşdur ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-7098/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli pul tələbinə dair icra sənədinə əsasən borclu Şəxs barəsində xx xxxxx 2018-ci il tarixdə borclunun axtarışı barədə 510602 nömrəli axtarış işi açılmışdır. Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə əməliyyat axtarış tədbirlərinə dair plan tərtib olunmuş, ətraf rayon polis şöbələrinə təlimatlandırıcı məktublar göndərilmişdir. Şəxs Azərbaycan Respublikasının Dövlət Sərhədini keçməsi barədə Giriş-çıxış və qeydiyyat İAMAS-ın sərhədkeçmə alt sistemi üzrə olan son məlumatları əldə etmək üçün xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 121-7478-1218 nömrəli məktub göndərilmişdir. Sorğunun nəticəsinə əsasən Şəxs xx xxxxxx 2018-ci tarixdə ölkə hüdudlarından kənara çıxışı məlum olduğundan xx xxxxx 2018-ci il tarixdə dövlətlərarası axtarış elan olunması üçün qərar tərtib olunmuşdur. Şəxs yerinin müəyyən edilməsi, borcunun ödənilməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsinə baxmayaraq, müəyyən etmək mümkün olmamışdır.Bu istiqamətdə tərəflərindən tədbirlərin davam etdirildiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə icra İdarəsinin İcra məmuru X8 inzibati xəta haqqında protokolda olanları bir daha təsdiq edib Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, icra məmuru X8 tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2320/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 628 (altı yüz iyirmi səkkiz) manat 26 qəpik məbləğində pul vəsaiti alınaraq “xxxxxxxxx“ KB ASC-ə ödənilməsi əmr edilmişdir.Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044 )-5887/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 3030 (üç min otuz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir.Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044 )-7223/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməsi qət edilmişdir.Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044 )-7098/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 9530 (doqquz min beş yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir.Qeyd olunan icra sənədləri müvafiq olaraq xx xxxxx 2017-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci tarixlərində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Həmin tarixlərdə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilməsinə dair bildiriş göndərilmişdir. Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarlarını icra etməkdən üzrsüz səbəbdən yayınır və bugünədək borclarından heç bir ödəniş etməmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki Şəxsicra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından dolayı yolla boyun qaçırdığına görə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan AR ƏMDKY DƏDRX-in 3 saylı ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Şəxs adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankın Gəncə filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Şəxs adına heç bir hesab mövcud deyil. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8tərəfindən Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsi ilə olan xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsindənbir ildən çox müddət keçdiyinə görəbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 3cü maddəsinə əsasən inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati icraat aparılan şəxsŞəxs isə hazırda inzibati xəta tərkibinin subyekti (inzibati xəta tərkibinin əlamətlərindən biri) olmadığından İXM-in 53-cü maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 105.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov.
Məhkəmə qərarları › İş №3(044)-1/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver