Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, 19.11.2018-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.08.2017-ci il tarixli 2(044)-4503/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 10.880 (on min səkkiz yüz səksən) manat pul tutularaq X1 verilməsi qət edilmiş, məhkəmə qərarı qərəzli icra edilməmişdir. İş üzrə məhkəmə iclası 29.11.2018-ci il tarixə, saat 16:30-a təyin edilmiş, həmin məhkəmə iclasına Şəxs gəlmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 3(044)-658/2018 saylı qərarına əsasən onun 13.12.2018-ci il tarixə, saat 16:30-a təyin edilmiş məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.12.2018-ci il tarixli, 3(044)-658/2018 saylı qərardadına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından onun məhkəmə iclasında iştirakı təmin edilənədək işin icraatı dayandırılmışdır. İnzibati xətanın törədildiyi tarixdən 1 ildən artıq müddət keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 3(044)-1/2021 saylı qərardadına əsasən iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 14.12.2021-ci il tarixə, saat 12:15-ə təyin edilmişdir. Şəxs 14.12.2021-ci il tarixə, saat 12:15-ə təyin edilmiş məhkəmə iclasına gəlmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 3(044)-1/2021 saylı qərardadına əsasən onun 21.12.2021-ci il tarixə, saat 10:30-a təyin edilmiş məhkəmə iclasına gətirilməsi qərara alınmış, lakin onun iştirakını təmin etmək mümkün olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən 1 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-1/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver