Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-10/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin rəisi Ziya Cəbrayılovun inzibati tənbehin verilməsi haqqında 17 fevral 2020-ci il tarixli qərarından X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, X1 rayonu, “Çarhan gölü” ərazisində qanunsuz olaraq ov etmişdir. . Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbil Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologoya və X8 tərəfindən onun barəsində 27 yanvar 2020-ci il tarixdə MN -353359 nömrəli protokol tərtib edilmişdir. Həmin protokolun müəyyən etdi hissəsində qeyd edilir ki, guya o, Şamaxı rayonu, “Çarhan gölü” ətrafında qanunsuz olaraq ov etmişdir. Eləcə də həmin protokol əsasında 6 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, 17 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş sayılaraq 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin sənədlərin mövcudluğunu icra məmuru ona qərarın icrası ilə bağlı bildiriş verdikdə bilmiş və ondan protokolun və qərarın surətini götürüb, həmin şikayəti vermişdir. Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 27.01.2021-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ciddi qanun pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, MN ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli protokolda qeyd edilən məkanda, yəni Şamaxı rayonunun “Çarhan gölü” ərazisində ümumiyyətlə heç vaxt olmamış və protokolu tərtib edən X4 da tanımamışdır. Həmin protokolun surəti ona verilməmiş və göndərilməmiş, inzibati xəta haqqında protokola baxılacağının vaxtı və yeri barədə ona şifahi və rəsmi məlumat verilməmiş və inzibati tənbeh vermə haqqında qərarın surəti ona verilməmiş və ünvanına göndərilməmişdir. Eləcə də hər iki sənəddə sübutedici heç bir əsas və vasitələr olması öz əksini tapmamışdır (şahid, çəkiliş, foto, izahat və s). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhz həmin maddənin tələbləri baxımından hesab edir ki, o, 27 yanvar 2020-ci il tarixdə Şamaxı rayonunun “Çarhan gölü” ərazisində olmadığından, hansı bir hüquq pozüntüsu törətmədiyindən əməlində inzibati məsullyətə səbəb olu biləcək heç bir hüquqa zidd hərəkət yoxdur, həm də ona görə həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir ki, həmin qərar İnzibati xəta haqqında işə baxılma qaydaları ciddi şəkildə pozulmaqla çıxarılmışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Şamaxı rayonu, “Çarhan gölü” ətarfında olmamış və ov etməmişdir. Onun ov etmək barədə heç bir anlayışı yoxdur. İnzibati protokol yanlış olaraq onun barəsində tərtib edilmişdir. Həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati tənbehin verilməsi haqqında qərardan şikayəti və inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin məsləhətçi –müfəttişi X6 tərəfindən tərtib edilmiş 27 yanvar 2020-ci il tarixli MN ******* saylı inzibati protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin rəisi Ziya Cəbrayılovun inzibati tənbehin verilməsi haqqında 17 fevral 2020-ci il tarixli MN ******* saylı qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin məsləhətçi – müfəttişi X6 tərəfindən X2 barəsində 27 yanvar 2020-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmiş və X5 Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin rəisi Ziya Cəbrayılovun inzibati tənbehin verilməsi haqqında 17 fevral 2020-ci il tarixli MN ******* saylı qərarına əsasən İXM-in 272.3-cüi maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. 27 yanvar 2020-ci il tarixli MN ******* saylı inzibati protokolda barəsində inzibati protokol tərtib edilmiş şəxsin imzası və protokolu imzalamaqdan imtina etməsinin səbəbləri – izahat və mülahizə protokola əlavə edilməmişdir. (18.01.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nə həmin sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilsə də sorğuya cavab verilməmişdir). Buna baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs qeyd olunan xüsusatlara fikir verməmiş və inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlamadan X2 İXM-in 272.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin rəisi Ziya Cəbrayılovun inzibati tənbehin verilməsi haqqında 17 fevral 2020-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam veriməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekolojiya Nazirliyi 6 saylı RETSİ-nin rəisi Ziya Cəbrayılovun inzibati tənbehin verilməsi haqqında 17 fevral 2020-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-10/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-10/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver