Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-101/2022 28.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləyən, Gəncə şəhəri, C.Rəfibəyli küçəsi, ev 95-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, 08.11.2021-ci il tarixdə saat 15 radələrində sürücü Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” minik markalı, **-EF- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində hərəkətdə olarkən idarə etdiyi avtomobillə manevr etmə qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və qarşı tərəfdən gələn avtomobilin hərəkət istiqamətinə çıxaraq sürücü-12.07.1988-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, AKTA 6 ətrafında yaşayan X1 hüququ olmaqla, etibarnamə əsasında idarə etdiyi “VAZ-21723” minik markalı 90-ZD184 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması nəticəsində avtomobillər toqquşmuş, nəticədə “VAZ-21723” minik markalı avtomobilin sürücüsü X2 və həmin avtomobilin sərnişi X3 yüngül dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 21 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, o, rəsmi olaraq “Neon” firmasında sürücü vəzifəsində işləyir. Onun 2020-ci ildə aldığı BE, CE kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, “Mercedes Benz” minik markalı, **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 08.11.2021-ci il tarixdə saat 15 radələrində Nizami prospekti ilə hərəkət edərək yaşadığı ünvana doğru gedərkən Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsindəki işıqforda dayanaraq sola dönmə əməliyyatını yerinə yetirmək istəyərkən bu zaman işıqforun yaşıl işığının yandığını görmüş və yol ayrıcına daxil olmuş, yol ayrıcına daxil olarkən qarşıdan avtomobillərin gəlib keçməsini gözləmişdir ki, dönmə əməliyyatını yerinə yetirsin. Həmin vaxt o, işıqforun yaşıl işığının yanıb-keçdiyini görmüş, bundan sonra uzaq məsafədən avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobil sürətlə gəlmiş, sükanı sola tərəf çəkmiş və sonradan sağa doğru yönəlmiş, bu zaman o, sola dönmə əməliyyatını yerinə yetirmək istəmiş, onun surəti 5-10 km/saat olmuşdur. Həmin vaxt o, hiss etmişdir ki, sağ tərəfdən avtomobil onun avtomobilinə çırpıldı. Bundan sonra hadisə yerinə tanımadığı şəxslər toplaşmış və onlardan biri TTY-na məlumat vermiş, TTY avtomobili onu xəstəxanaya aparmışdır. Sonra o, sərxoşluq müayinəsindən keçmiş və ayıq olması müəyyən olunmuşdur. Hadisəsinin baş vermə səbəbi digər avtomobilin surətlə gəlib sola, sonradan sağa çəkilməsi nəticəsində baş vermişdir. Hadisə zamanı o, başından, belindən və çiynindən xəsarət almışdır. Hadisə zamanı avbtomobildə özündən başqa heç kim olmamışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 16.11.2021-ci il tarixli, 1127 nömrəli rəyinə əsasən X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 08.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşin hallarından görünür ki, təhqiqat zamanı X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 26.11.2021-ci il tarixli, 1909 nömrəli rəyinə əsasən X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin əzilmiş yarası- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti 08.11.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşin hallarından görünür ki, təhqiqat zamanı Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 15.12.2021-ci il tarixli, 1886 nömrəli rəyinə əsasən Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – 2 və 3-cü bel fəqərə cisimlərinin sağ yan çıxıntılarının sınıqları, alın nahiyəsinin əzilmiş yaraları, sağ çiyin nahiyəsinin qançırı, sağ almacıq və gicgah nahiyələrinin sıyrıqları- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti 08.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-101/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-101/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver