Məhkəmə qərarları › İş №3(044)-1016/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1016/2021

21.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1016/2021 21.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs oğlu 20.11.2021-ci il tarixdə saat təxminən 17:55-də radələrində ucadan səs-küy salaraq ictimai qaydanı pozaraq, polisini qanuni tələblərinə tabe olmamışdır. Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi polis leytenantı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 20.11.2021-ci il tarixdə saat təxminən 17:55 radələrində **-YP-*** patrul avto maşınında Fətulla Həsənov küçəsində polis əməkdaşları xidmətdə olarkən VAZ 2107 markalı DO-148B qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı adı və soyadı onlara sonradan məlum olan Şəxs aid sürücülük vəsiqəsinin və etibarnaməsini olmadığı aşkar edilmiş və Şəxs avtomobil duracağa gedəcəyini bildirəndə sonuncu avtomobil heç yerə getməyəcək deyib səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamış polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etmiş, PPX əməkdaşlarının köməyi ilə onu Nizami RPİ-nə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20.11.2021-ci il tarixdə Gəncə şəhəri Fətulla Həsənov küçəsində idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşları onu saxlamış və avtomobilin arxa hissəsinin normadan aşağı olduğunu bildirmişlər. YPX əməkdaşları avtomobili duracağa aparacaqlarını bildirdikdə o, etiraz etmiş və həmin vaxt onlar mübahisə etmişlər. Onun mübahisə etməyinin səbəbi isə polis əməkdaşlarının ona qarşı hörmətsiz sərt rəftarı olmuşdur. Daha sonra PPX-nin əməkdaşları gəlmiş, onu polis idarəsinə dəvət etmişlər, o, da heç bir müqavimət göstərmədən PPX avtomobili ilə Gəncə şəhər Nizami Rayon Polis İdraəsinə getmişdir. Sonda o, barəsində tərtib olunmuş protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə DYPŞ-nin YPX inspektoru Polis baş serjantı Şahid bildirdi ki, 20.11.2021-ci il tarixdə saat təxminən 17:55 radələrində **-YP-*** patrul avto maşınında Fətulla Həsənov küçəsində xidmətdə olarkən VAZ 2107 markalı DO-148B qeydiyyat nişanlı avtomobil onlar tərəfindən saxlanılmış, yoxlama zamanı adı və soyadı onlara sonradan məlum olan Şəxs aid sürücülük vəsiqəsinin və etibarnaməsini olmadığı aşkar edilmişdir. O, Şəxs avtomobil duracağa gedəcəyini bildirəndə sonuncu avtomobilin heç yerə getməyəcəyini deyərək səs-küy salmış, ətrafda olan insanlar onların yanına toplaşmışlar. O, köməyə PPX əməkdaşlarını çağırmış, PPX əməkdaşları Şəxs Nizami RPİ-nə aparmışlar, həmin vaxt sonuncu polis əməkdaşlarına müqavimət göstərməmiş, tabesizlik etməmişdir. İş materiallarına əlavə edilmiş: 20.11.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs avtomobilini saxladıqları zaman ictimai qaydanı pozan hərəkətlər etdiyi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs küçədə YPX əməkdaşları ilə mübahisə edib səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb etməsi özünün və şahidin ifadəsi ilə təsdiq olunmuş, lakin sonuncunun polisin qanuni tələbinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir və Şəxs həmin vaxt hadisə yerinə gələn PPX əməkdaşlarının dəvəti ilə etiraz etmədən, tabesizlik göstərmədən polis idarəsinə getdiyi müəyyən olunur. Şəxs həqiqətən də polis əməkdaşlarının tələblərinə tabe olmadığı öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs oğlunun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan RespublikasınınİXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 20.11.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə görə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərilmiş 2 saat hüquqi yardıma görə müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil 1 saatı 6 manat olmaqla, cəmi 12 (on iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli Şəxs tutulduğu 20.11.2021-ci il tarixdən hesablansın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 12 (on iki) manat məbləğində pul ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar