Məhkəmə qərarları › İş №3(044)-103/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-103/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-103/2022 28.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə tərtib edilmiş 25.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 08.01.2022-ci il tarixdə Gəncə şəhəri, Təbriz küçəsi, ev 258də yaşayan qonşusu X1 evinin həyətinə daş ataraq həyətdə olan metlaq lövhəsini sındırmaqla zərərçəkmiş X2 20 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X4 onunla qonşuluqda yaşayır. Sevinc Rzayeva ilə aralarında mübahisə artıq bir neçə ildir ki, davam etmişdir. O, Sevincin həyətinə protexniki vasitə və daş atmamışdır. Həmçinin uşaqları da Sevincin həyətinə heç vaxt daş və protexniki vasitə atmamışdır. Sevinc Rzayeva onlarla mübahisə etmək üçün onlara şər və böhtan atmışdır. Ola bilsin ki, uşaqları bayram vaxtı protexniki vasitə atmış olarlar. X5 həyətinə atmamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, qonşuluqda yaşayan Atakişiyev Orxanın ailəsi mütəmadi olaraq yaşadığı ünvanın həyətinə, tavanına daşlar və protexniki vasitələr atırlar. Ona rahat yaşamağa imkan vermirlər. Onların atdığı daş həyətində olan metlağı sındırmış və metlağın sınmağı nəticəsində ona 20 manat ziyan vurmuşdur. Onun əsas tələbi onların bir daha onun həyətinə daş atmamaları və onu protexniki vasitələr ataraq qorxutmaqdan əl çəkmələridir. Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət etməmişdir. Məhkəmə işə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18.01.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinə göndərilmişdir. 25.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünürki, Şəxs X1 həyətinə daş ataraq həyətin metlağını qıraraq əmlakına 20 manat ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cümaddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuşziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanınxarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cumaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə- yəni 20 (iyirmi) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar