Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-1030/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X4 Gəncə şəhər Nizami rayon Polis idarəsinin polis bölməsinin 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 şəhər Nizami rayon Polis idarəsinin polis bölməsinin 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsi tərəfindən onun məlumatı olmadan 17.07.2020-ci il tarixli, ******* nömrəli protokolu ilə 211.1-ci maddəsinə münasibətdə inzibati xəta ilə bağlı ona tənbeh verilmişdir. Onun bu protokol barəsində heç bir məlumatı olmamış, həmin protokolda imzası yoxdur. Həmin tarixdə ailəsi ilə birlikdə Gəncə şəhəri, Bağbanlar ərazisində hərəkətdə olarkən ümumi yoxlanışdan ailəsi ilə birlikdə keçdikdən sonra onun barəsində inzibati protokol barədə heç bir məlumat verilməmişdir. Bu protokol əsasında onu inzibati Qərar qəbul edilməsi barədə dəvət edilmədən 17 iyul 2020-ci il tarixdə ******* nömrəli Qərar qəbul edilmişdir. Bu barədə məlumatı ona Daşkəsən rayon İcra və Probassiya şöbəsi tərəfindən zəng edilərək icra idarəsinə 27.04.2021-ci il tarixdə dəvət edildikdən sonra mübahisə edilən protokolun və qərarın surətini əldə etmişdir. Qərarla tanış olarkən müəyyən etmişdir ki, onun barəsində protokol tərtib edilsə də İnzibati məsuliyyətə cəlb edilmə barədə Qərarda İnzibati tənbeh tətbiq edilən şəxs X6 göstərilmişdir. Göründüyü kimi onun barəsində tərtib edilmiş Qərar və protokol arasında ziddiyət vardır, bu isə Qeyd olunan mübahisələndirilən qərarın İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, şikayətçi Gəncə şəhər Nizami rayon Polis idarəsinin polis bölməsinin 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarından bir dəfə şikayət vermiş, o, şikayət vermə müddətini ötürdüyü üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 3(044)-465/2021 saylı qərarı ilə onun şikayəti geri qaytarılmışdır. X2 şəhər Nizami rayon Polis idarəsinin polis bölməsinin 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə yenidən şikayət vermiş, lakin o, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə vəsatət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi X5 xüsusi karantin rejimini pozduğu üçün onun barəsində Gəncə şəhər Nizami RPB-nin sahə rəisi X11 tərəfindən 17.07.2020-ci il tarixli MN № ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında Şəmistan Süleymanovun 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarla İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə edilmiş, o, 21 may 2021-ci il tarixdə barəsində olan 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 3(044)-465/2021 saylı qərarı ilə o, şikayət müddətini ötürdüyü üçün şiakyəti geri qaytarılmışdır. X5 eyni qərardan 29.11.2021-ci il tarixdə təkrar məhkəməyə şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, onun 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərardan 27.04.2021-ci il tarixdə probasiya şöbəsinə dəvət edilərkən məlumatı olmuş və qərarın surətini rəsmi qaydada Gəncə şəhər Nizami rayon polis Şöbəsinə müraciət etdikdən sonra 30.09.2021-ci il tarixdə almışdır. Lakin X2 şəhər Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 3(044)-465/2021 saylı qərarı ilə müddəti ötürdüyü üçün verdiyi şikayət geri qaytarıldığı halda o, yenidən eyni qərardadan müddətin bərpası vermədən şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verılməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi X1 orqan tərəfindən qəbul edilmiş qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, habelə qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etməmiş, bunun üçün üzrlü səbəb göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-138-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X4 Gəncə şəhər Nizami rayon Polis idarəsinin polis bölməsinin 17 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə ötürülmüş müddətin üzürlü hesab edilərək bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-1030/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-1030/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver