Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-1034/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında X6 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti 15-dir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xidməti məktubda da qeyd edilmişdir ki, X3 və digərlərinin Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə DƏMX Gəncə regional ərazi şöbəsinə göndərdiyi müraciətləri MMC Bakı şəhəri, Xətai rayonu, Nobel porspekti 15 ünvanında yerləşdiyinə görə baxılması üçün aidiyyəti üzrə Bakı şəhər idarəsinə göndərilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 inzibati işin aidiyyəti üzrə gödərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati material baxılması üçün aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İnzibati protokolda hüquqi şəxs Şəxs MMC-nin Gəncə şəhəri Nizami rayonunda apardığı işlər zamanı X5, X8 və digərlərinə qarşı Əmək Məcəlləsinin 44-cü maddəsinin 3cü hissəsinin (əmək müqaviləsi 2 nüsxədə tərtib olunaraq tərəflərin imzası ilə təsdiq edilir) tələblərinin pozulduğu göstərilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti 15 olduğundan tərəflər arasında əmək müqaviləsi də həmin ünvanda imzalanmalı idi. Həmin ünvan isə Bakı şəhəri Xətai rayonun inzibati ərazisidir. İnzibati protokolda nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən hüquqi şəxsin olduğu yer inzibati xətanın törədildiyi yer hesab olunur. Çünki “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17.03.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-1034/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-1034/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver