Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-104/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsinin nümayəndəsi X10, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X18 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 12 dekabr 2021-ci il tarixdə saat 00:05 radələrində sürücülük hüququ olmadan, etibarnaməsiz, narkotik vasitənin (marixuana) təsiri altında, idarə etdiyi “VAZ- 2107” markalı **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman, X3 hüququ olmaqla ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və X1 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “Chevrolet Aveo” markalı **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Ford Focus” markalı avtomobil X2 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “VAZ-2107” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılaraq hər üç avtomobilə və şəhər təsərrüfatına maddi ziyan dəyməklə, “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü X4 bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və döş qəfəsinin qançırı xəsarətləri alması nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət alması və Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında şəhər təsərrüfatına 1000 manat maddi ziyan dəyməsi nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsinin nümayəndəsi X12 bildirdi ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə saat 00:05 radələrində sürücülük hüququ olmadan, etibarnaməsiz, narkotik vasitənin (marixuana) təsiri altında, idarə etdiyi “VAZ-2107” markalı **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman, X3 hüququ olmaqla ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və X1 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “Chevrolet Aveo” markalı **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Ford Focus” markalı avtomobil X2 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “VAZ-2107” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılaraq hər üç avtomobilə və şəhər təsərrüfatına maddi ziyan dəyməklə, “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü X4 bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və döş qəfəsinin qançırı xəsarətləri alması nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət alması və Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında şəhər təsərrüfatına 1000 manat maddi ziyan vurmuşdur. Buna görə də, Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirdi ki, 12 dekabr 2021-ci il tarixdə saat təxminən 00:05 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə yaşadığı ünvana gedərkən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”-in qarşısında işıqforun qırmızı işığında dayanmış, işıqforun yaşıl işığı yanmasına təxminən 4- 5 saniyə qalmış avtomobilinin arxa hissəsindən nə isə dəymiş, zərbənin təsirindən avtomobili təxminən 4-5 metr qarşı tərəfə getmiş, onun avtomobilini vuran “VAZ-2107” markalı qara rəngli avtomobil aşaraq, ondan təxminən 30 metr qarşı tərəfə sürüşərək arxası üstdə dayanmış, zərbənin təsirindən o, sol ayağının, sol qabırğasının və başının sol hissəsindən xəsarətlər almışdır. O, bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə razılığa gəlmişdir. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, “VAZ-2107” markalı **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil etibarnamə ilə dostu Əliyə məxsusdur. 11.12.2021-ci il tarixdə saat 23:30 radələrində Əlinin “VAZ-2107” markalı **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə edərək, Samux rayonu, Sərkar kəndindən Gəncə şəhərinə gəlmişlər, o, həmin avtomobili Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə təxminən 100 km/saat sürətlə idarəsə edərək, “Gəncə Otel” istiqamətində gedərkən onunla yanaşı eyni sürətdə ötüşdüyü “Ford Focus” markalı **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”-in qarşısına çatanda qarşı tərəfdə işıqforun qırmızı işığında dayanmış “VAZ-2107” markalı və “Chevrolet Aveo” markalı avtomobillərin arasından keçmiş, ancaq o, həmin avtomobillərin arasından keçə bilməyərək, sağ tərəfdə dayanmış, “Chevrolet Aveo” markalı avtomobilin arxa sol tərəfindən toqquşmuş, sonra onunla yanaşı hərəkətdə olan “Ford Focus” markalı avtomobilin sol yan hissəsindən dəymiş, “Ford Focus” markalı avtomobil isə işıqforun qırmızı işığında dayanmış qırmızı rəngli “VAZ-2107” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ yan hissəsindən dəymiş, avtomobil aşmış və yolun sağ tərəfində olan mühəccərlərə dəyərək, arxası üstdə çevrilmiş, zərbənin təsirindən o, döş qəfəsindən yüngül xəsarət almış, “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü isə başından, sol budundan və döş nahiyyəsindən xəsarətlər almışdır. O, dəymiş ziyanı ödəməyə razıdır. Hazırda etmiş olduğu əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Şəxs əməlindən səmimi peşman olmasını, zərəri ödəməyə razı olduğunu nəzərə alıb yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan İXP ******* nömrəli 01.02.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.12.2021-ci il tarixli 1837/2021 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq Vəziyyətinin müəyyən edilməsi Qərarları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 16 dekabr 2021-ci il tarixli, 2035 nömrəli ekspert rəyindən müəyyən olunur ki, vətəndaş X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi və döş qəfəsinin qançırıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 12 dekabr 2021-ci il tarixə uyğun gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında təqdiq edilmiş və işdə olan 13 dekabr 2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 995 (doqquz yüz doxsan beş) manat zərər dəymişdir. Məhkəmə iclasında təqdiq edilmiş və işdə olan 14 yanvar 2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Ford-Focus” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1810 (min səkkiz yüz on) manat zərər dəymişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12 yanvar 2022-ci il tarixli “cinayət işi başlamasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs “X15 Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Beləliklə, Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxsin izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, 32.1.7-ci maddələrinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, ilk dəfə inzibati xəta törətdiyini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-104/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-104/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver