Məhkəmə qərarları › İş №3(044)-1045/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1045/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1045/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə ŞBPİ-nin DYPŞ-nin YNH inspektoru polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 02 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, 26.11..2021-ci il tarixdə saat 14:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi “Mercedes Benz 208 D Mikroavtobus” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X1 idarə etdiyi “Opel Astra” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Röyal Hüseynovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin YNH inspektoru polis baş leytenantı X3 bildirdi ki, Şəxs 26 noyabr 2021-ci il tarixdə saat 14:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Mercedes benz 208D Mikroavtobus” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, zərərçəkmiş şəxs X1 idarə etdiyi “Opel Astra” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Röyal Hüseynovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, onun sürücülük hüququ yoxdur. 26.11.2021-ci il tarixdə saat 14:20 radələrində idarə etdiyi “Mercedes Benz 208D Mikroavtobus” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Gəncə şəhəri, Nizami prospekti ilə Şəmkir rayon yolu üzrə təzə şəmkir avtovağzalına catdıqda yol ayrıcısında hərəkətdə olan zaman qarşısında hərəkətdə olan X1 idarə etdiyi “Opel Astra” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyərək toqquşmuş, Röyal Hüseynovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində bədən xəsarəti almamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, və İİİ qrup əlili olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30.11.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 oğlu barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Avtomotoservis və ticarət istehsalat birliyinin rəyindən görünür ki, “Opel Astra” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1900 (bir min doqquz yüz) manat məbləğində maddi ziyan hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs 26.11.2021-ci il tarixdə saat 14:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi “Mercedes benz 208D Mikroavtobus” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X1 idarə etdiyi “Opel Astra” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Röyal Hüseynovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar