Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-1053/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi ilə, X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin 15.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə sında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Baş X16 İdarəsinin əməkdaşı X10 tərəfindən tərtib olunmuş 16.09.2021-ci il tarixdə tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokolu və onun əsasında tərtib olunmuş 15.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini X3 onunla əsaslandırılmışdır ki, o, 1-ci qrup əlildir, iki şikəstlik qoltuq altı əsasının hesabına hərəkət edir. Çətinliklə yerdiyi üçün həkimə və digər yerlə gedib gəlməkdən ötəri özünə ** DR *** d.n.n-ı VAZ 2106 markalı jiquli avtomaşını almış, həmin avtomaşını idarə edə bilmədiyinə görə, özüdə yanlarında oturmaqla sürmək üçün sürücülük vəsiqəsi olan tanıdığı sürücülərə həvalə edir. 16.09.20201-ci il tarixdə ona məxsus ** DR *** d.n.n VAZ 2106 jiquli avtomobili X2 şəhərindən Daşkəsən rayonu istiqamətində idarə edərkən, Gəncə şəhəri Təbriz küçəsi deyilən ərazidə yolun sağından soluna keçmək istəyən bir qadın maşının qabağına çıxmış. Faiq dərhal avtomobilin təhlükəsizlik işıqlarını yandıraraq saxlayıb qadının yolu keçməsini gözləmiş, Həmin vaxt Hyundai-İX35 markalı H 025741 d. n.n-ı avtomobil qadağan olumuş yerdə sürətlə gəlib sol tərəfdən onun avtomobili vurub keçmişdir. Həmin avtomobili 70-80 yaşlarında adını sonradan bildiyi X8 idarə etmişdir. O, avtomobili saxlayıb onların yanına gəldikdə sonuncu ona yüksək sürətlə avtomobili idarə etməsini irad tutmuş sürücü Rafik onu beş nəfər sərnişinin yanında “ifritə qancıq sənə kim icazə verib ki mənə bu sözü deyirsən İstəsəm sizi öldürərəm lap qanınızıda batıraram. Hələ gör sənin başına nə oyun açaçacağam deyərək onu söyüb təhqir etmişdir.Hadisə yerinə polis əməkdaşları gəlmədiyinə görə DİNnin 102 xidmətinə zəng edib məlumat vermiş, onun zəngindən yarım saat sonra, hadisə yerinə Gəncə şəhər DYP-nin baş leytenantı Rəşad Baxışov gəlmişdir. Hadisə yerini müayinə edərək sxemini çəkmiş Və onlardan izahat aldıqdan sonra, ona arxeyin gedin qanuni araşdırma aparacağını demiş, aradan 10-15-gün keçdikdən sonra, o polis əməkdaşı Rəşad Baxışovla əlaqə saxladıqda bildirmişdir ki, o, hələ araşdırma aparır. Araşdırma zamanı o, DYP-n əməkdaşından avtomobilin ehtiyyat hissələrinə dəymiş ziyanla bağlı mütəxəsis rəyinin almasını ehtiyac olduğunu soruşduqda ona müəyyən bəhanəli sözlərlə ehtiyac olanda sizə deyiləcək gedib alıb gətirərsiniz deyiblər.Aradan iki ay keçdikdən sonra,onun barəsində Daşkəsən Rayon Məhkəməsindən bildiriş gəldikdəbilmişdir ki, X8 onun sürücüsü X5 qarşı 840 manat dəyərində dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmış,O,məhkəmə prosesində iddia ərizəsinə etirazını bildirmiş ki, hadisəni törədən bu şəxs indi nə səbəbə görə onu məhkəməyə verib .O, məhkəmədən DYP-nin qəbul etdiyi qərarı almadığını və onunla tanış olmadığını bildirmiş və məhkəməni müxtəlif vaxta qədər təxirə salınmasını xahiş etmişdir ki, qərarı alıb DYPnin qərarından prokurorluğa və digər instaniyalara şikayət versin. 15 noyabr 2021-cil tarixdə o, Gəncə şəhər DYP-nin əməkdaşı Rəşad Baxışovla əlaqə saxlayıb baş vermiş hadisə ilə bağlı yazmış olduğu qərarların, hadisə yerinin sxemasının və izahatların surətlərini almış, Gəncə DYP-i əməkdaşının 16.09.2021-ci il tarixdə tərtib etdiyi İXP ******* saylı protokoldan və 15.09.2021-ci il tarixli inzibati tənbeh vermmə haqında TP ******* qərarından ona məlum olmuşdur ki, onun ** DR *** d.n.n-ı VAZ 2106 markalı jiquli avtomobilini idarə edən X6 avtomobili idarə edərkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının müvafiq qanunlarını pozmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta törətmişdir. Və bu barədədə 40 (qırx) manat cərimə edilməyim barədə protokol tərtib olunmuşdur. O, Gəncə şəhəri X16 İdarəsinin əməkdaşı Rəşad Baxışov tərəfindən tərtib olunmuş 16 sentyabr 2021-cı il tarixli İXP ******* saylı protokoldan və inzibati tənbeh vermmə haqında TP ******* qərarı qanunsuz və əsasız olduğu üçün ləğv edilib yenidən araşdırılmasına görə prokurorluğa şikayət edir. O, hesab edir ki, Gəncə şəhəri Baş X16 İdarəsinin əməkdaşı X10 tərəfindən tərtib olunmuş 15.09.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP 46041001 saylı və İXP ******* saylı inzibati xəta haqqında protokol onun konstitusion hüquqlarını pozur və məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 16.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarını və şikayəti tədqiq edərək məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayəti X3 versə də, avtomobili X7 idarə etmiş və 16.09.2021-ci il tarixli, TP ******* saylı qərarla inzibati xətanın X7 tərəfindən törədilyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də 16.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X4 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, 16.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar X7 barəsində çıxarıldığından və X1 həmin qərardan şikayət vermək hüququ olmadığından şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin 16.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-1053/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-1053/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver