Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1058/2021 28.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X12 tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 24 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən əsassız olaraq protokol tərtib edilmiş və 24 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o 4000 manat məbləğində cərimə edilmiş, o, həmin qərarı qanunsuz və əsassız hesab edir. Həmin tərtib olunmuş protokola əsasən guya o, 13 sentyabr 2021-ci il tarixdə X13 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İşin əsli ondadır ki, X16 və X14 03 sentyabr 2021-ci il tarixdə ona iş ilə təmin olunmaları barədə müraciət etmişlər və aralarında olan şifahi razılaşma əldə edilmiş, razılaşmaya əsasən isə 17 sentyabr 2021-ci il tarixdə onlar işə cəlb edilməli idilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Gəncə Regional Ərazi Şöbəsi onun barəsində araşdırılma aparılmadan protokol tərtib edib qərar qəbul edilmişdir ki, guya o, X13 və X7 13 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bu barədə onun izahatı alınmadan əsassız qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan protokolda və qərarda adı çəkilən şəxslərin həmin tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb olunmaları barədə qənaətinə gəldiyi halda, bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi, yəni X10 və X6 13 sentyabr 2021-ci il tarixdə işlərin götürülməsinə cəlb olunmalarını təsdiq edən, onlarla birgə çalışan şəxslərin izahatlarını almalı və bundan sonra əldə edilmiş sübutlara hüquqi qiymət verərək, onun əməlində inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etməli idi. X1 məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, onun səhhətində problem olduğu üçün o, məhkəmə iclasında iştirak edə bilməyəcək, işə mahiyyəti üzrə onun iştirakı ilə baxılıb şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən onun iştirakı olmadan tərtib edilmiş 12 noyabr 2021-ci il tarixlli MN № ******* saylı protokolu qanunsuz və əsassız hesab edir. Barəsində inzibati xəta törətməsi barədə protokol tərtib olunan günədək ona araşdırılma aparılması barədə rəsmi məlumat verilməmiş və inzibati protokol onun iştirakı olmadan tərtib edilmiş, onun hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X17 şikayəti rədd edərək bildirmişdir ki, ƏƏSMN yanında DƏMX Gəncə regional ərazi şöbəsində daxil olmuş məlumat əsasında X6 və X10 13.09.2021-ci il tarixdə "xxxx" ASC-də iş vaxtı xəsarət almaları faktı ilə bağlı araşdırma aparılmış, bununla bağlı Hüseyn Cahangirova şöbəyə gəlməsi, izahat verməsi və araşdırma aparılması üçün şərait yaradılması, zəruri sənədlərin təqdim olunması barədə dəfələrlə bildiriş verilmiş, həmin bildirişlər rəsmi qaydada çatdırılmışdır. Lakin buna baxmayaraq Hüseyn Cahangirov nə şöbəyə gəlmiş, nə də zəruri sənədləri göndərmişdir. Bundan sonra şikaətçi Hüseyn Cahangirova inzibati protokol tərtib olunması və inzibati qərar qəbul olunması barədə bildirişlər verilmiş, həmin bildirişlər də rəsmi qaydada çatdırılmışdır. Ancaq yenə də Hüseyn Cahangirov şöbəyə gəlməmiş və onun iştirakı olmadan inzibati qərar qəbul edilərək ünvanına poçtla çatdırılmışdır. Odur ki, şikayətin təmin edilməyərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 12.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə ş.13.09.2021-ci AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviiləsi hüquqi qüvvəyə minəndən H.C.Cahangirov tərəfindən X16 və X7 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. - 24 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X11 oğlu 12.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 4000 manat cərimə edilmişdir. - 24 noyabr 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında 24 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinə göndərilmiş, şöbənin hüquqşünası 24.11.2021-ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 21 sentyabr 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, "xxxx" ASC-nin direktoru X3 X10 və X6 13.09.2021-ci il tarixdə "xxxx" ASC-də iş vaxtı xəsarət almaları faktı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsində araşdırlma aparılır, baş vermiş hadisə ilə onun izahat verməli olduğu və şöbəyə gəlməsi xəbər edilmiş, həmin bildirişi 24.09.2021-ci il tarixdə "xxxx" ASC-nin mühafizə rəisi xəbərnaməyə imza edərək qəbul etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 03 noyabr 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, "xxxx" ASC-nin direktoru X3 X10 və X6 13.09.2021-ci il tarixdə "xxxx" ASC-də iş vaxtı xəsarət almaları faktı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsində araşdırlma aparılması barədə təkrar məlumat verilmiş, hadisə şahidlərinin şöbəyə gəlib izahat vermələri və məsələ ilə bağlı zəruri sənədlərin şöbəyə gətirilməsi bildirilmiş, həmin bildirişi 10.11.2021-ci il tarixdə "xxxx" ASC-nin mühafizə rəisi imza edərək qəbul etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 12 noyabr 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, "xxxx" ASC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 12.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında örotokolu üzrə inzibati xəta haqqında işə baxılması 24.11.2021-ci il tarixə təyin olunması barədə məlumat verilmiş, həmin bildiriş 16.11.2021-ci il tarixdə "xxxx" ASC-nin mühafizəçisi imza edərək qəbul etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərardan və aparılmış araşdırmadan məlumatsız olduğunu və onun iştirakı təmin olunmadan baxıldığını bildirsə də, təqdim olunmuş bildirişlərin və xəbərnamələrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə regional ərazi şöbəsi "xxxx" ASC-nin direktoru X4 aparılmış inzibati araşdırma, tərtib olunacaq inzibati protokol və qərar barədə lazımı qaydada məlumatlandırmış, o, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmiş, məlumatı olsa da inzibati araşdırmada iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1nun şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 24 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 barəsində tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-1058/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1058/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver