Məhkəmə qərarları › İş №3(044)-1064/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1064/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1064/2021 09.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 04, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlanılmasında şübhəli olduğuna görə Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07.12.2021-ci il tarixdə, saat 20:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “El Otel” yaxınlığında olan zaman saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına aparılmış, Şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı o, əynində olan göy rəngli qısaqol gödəkçənin sol sinə yan cibində olan iki ədəd gümüşü rəngli kağıza bükülmüş heroin olduğunu bildirmişdir. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 07.12.2021-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “El Otel” yaxınlığında olan zaman iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər və o, polis əməkdaşlarına etiraz etməmişdir. Polis İdarəsinə gəldikdən sonra ona Nüşabə adlı vəkil təyin olunmuş, həmin vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və predmet olub olmaması soruşulmuş, o isə öz növbəsində əynində olan göy rəngli qısaqol gödəkçənin sol sinə yan cibində olan iki ədəd gümüşü rəngli kağıza bükülmüş heroin olduğunu bildirmişdir. Həmin heroini təqdim etmiş, heroinə bənzər kütlə 0,16 qram gəlmiş, ikinci gümüşü rəngli kağıza bükülmüş heroinə bənzər kütlənin ümumilikdə 0,14 qram çəkisi gəlmişdir. Həmin heroini haradan əldə etməsi barədə soruşulmuş, o, həmin heroini günorta saatlarında Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “El Otel” yaxınlığından tapdığını bildirmişdir. Hazırda etmiş olduğu əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi X3 ifadə verərək bildirdi ki, Şəxs 07.12.2021-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “El Otel” yaxınlığında olan zaman üzərində narkotik vasitə aşkar edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 09.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çıxışlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.12.2021-ci il tarixli 16/1300 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş “0,16, 0,14 qram kütlə” yazı və imzalar olan kağız paketdəki, 2 ədəd gümüşü rəngli kağız bükümlərin içərisindəki, digər 2 ədəd gümüşü kağız bükümlərin içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,063 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, şübhəli şəxs Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq saxlaması, gəzdirməsi, daşıması və satması halları müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması cinayət hadisəsinin olmaması əsasına görə rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə Gəncə şəhər Nizami RPİ-nin X1 göndərilməsi, Şəxs əməlində cinayət əməlinin tərkib əlamətləri olmadığından onun şübhəli şəxs qismində statusuna xitam verilməsi, Şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd qırmızı rəngli kağızın içərisində politelinə bükülmüş təmiz çəkisi 0,055 qram olan bitki mənşəli kütlə, tərkibində kustar üsulla hazırlanmış narkotik vasitə olan material üzrə maddi sübut kimi tanınması və məhv edilməsi üçün Gəncə şəhər BPİ-nin “Maddi sübutların saxlanılması” otağına təhvil verilməsi qərara alınmışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Göründüyü kimi Şəxs üzərindən narkotik vasitə olan “heroin” maddə aşkar edilmiş, lakin həmin maddəni istifadə yəni, istehlak etmişdir ki, bu da onun əməlində cinayət məsuliyyəti yaratmadığına görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 09.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İşə əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutlmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə, maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan ümumi çəkisi 0,055 qram narkotik vasitə -heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 dekabr 2021-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş və Şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0,055 qram narkotik vasitə -heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar