Məhkəmə qərarları › İş №3(044)-1068/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-1068/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-1068/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi X1 iştirakı ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol İdarəsi tərəfindən tərtib edilmiş 09.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə sında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol İdarəsi tərəfindən tərtib edilmiş 09.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətini onunla əsaslandırılmışdır ki, ona məxsus BMW markalı, ** LJ *** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsində yol ayrıcını keçəndən sonra, yol ayrıcından 20 metrdən artıq məsafədə, heç bir qadağanedici işarə olmadığı yol kənarında saxlamışdır. Bakı şəhəri Baş Polis İdarəsinin, Dövlət Yol İdarəsinin 09.10.2021-ci il tarixli, EQ ******* saylı protokolu ilə o, sürücü olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməklə 20 manat cərimə olunmuşdur. Həmin qərardan narazı qaldığı üçün o, 102 xidmətinə şikayət etmiş, ondan sonra aparılmış araşdırma ilə 01.12.2021-ci il tarixli məktubla şikayətinin təmin edilməməsi barədə bildirilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona göndərilmiş cavab məktubunda inzibati xətanın baş verdiyi istinad edilən küçə düzgün yazılmamışdır. O, hesab edir ki, barəsində tərtib edilmiş 09.10.2021-ci il tarixli, EQ ******* saylı protokol tam olaraq əsassız və qanunsuzdur. Fotoşəkillərdən də görünür ki, avtomobili saxladığı ərazidə heç bir qadağanedici yol nişanı və ya xətlənmə müvcud deyildir. O, yol kəsişməsini keçdikdən sonra avtomobili saxlamış, yol ayrıcını keçəndən sonra heç bir nişanlama, qadağanedici nişanlar olmamışdır. DYP əməkdaşları ona bildirmişlər ki, yol ayrıcının məsələyə aidiyyatı yoxdur. Elə olan halda əgər yol ayrıcı yoxdursa yol ayrıcını keçməmişdən Yol ver nişanı nə üçün mövcuddur. Yol hərəkəti haqqında qanunun tələblərinə əsasən yol ayrıcı keçildikdən sonra yol ayrıcına qədər olan nişanların tələbləri öz qüvvəsini itirmiş olur. Belə olan halda ona yazılmış protokol tam olaraq qanunsuz və əsassızdır. Avtomobil ona məxsus olsa da, etibarnamə X3 adına olduğu üçün inzibati qərar sonuncunun adına tərtib edilmiş, lakin hadisə günü avtomobili o, idarə etmişdir. Buna görə də inzibati qərardan şikayəti o, vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 09.10.2021-ci il tarixli, EQ7987026 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 20 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarını və şikayəti tədqiq edərək, şikayətçini dinləyib məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayəti X2 versə də, 09.10.2021-ci il tarixli, EQ ******* saylı qərarla inzibati xətanın X5 tərəfindən törədilyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də 09.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X3 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə məhkəmə hesab edir ki, 09.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar X5 barəsində çıxarıldığından və X1 həmin qərardan şikayət vermək hüququ olmadığından şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol İdarəsi tərəfindən tərtib edilmiş 09.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar