Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1071/2021 28.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: 31.07.2021-ci il tarixdə saat 18:49 radələrində sürücü Şəxs idarə etdiyi “VAZ-21013” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.C.Paşayev küçəsi ilə hərəkətdə olub dönmə əməliyyatı yerinə yetirən vaxt diqqətsizlik edərək, Gəncə Bağı şadlıq sarayının qarşısında sürücü X6 idarə etdiyi “VAZ-2107” markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmaqla X5 üst dodağı yumşaq toxumalarının əzilməsi, selikli qişasının qansızması və yarası, sağ gözaltı nahiyəsinin sıyrığı qismində yüngün bədən xəsarəti, X4 baldır nahiyəsinin əzilmiş yarası qismində yüngül bədən xəsarəti, X3 hər iki baldır nahiyələrinin əzilmiş yaraları, sol çiyin nahiyəsinin toxumalarının əzilməsi qismində yüngül bədən xəsarəti və X1 qulaq seyvanının əzilməsi, hematomiyası, alın, sol diz, sol bazu, sağ baldır, sol bud nahiyələrinin sıyrıqları qismində yüngül bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 02.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 05.10.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı zərərçəkmiş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 02.08.2021-ci il tarixli 1256 nömrəli rəyinə əsasən, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol qulaq seyvanının əzilməsi, hematoması, alın, sol diz, sol bazu, sağ baldır, sol bud nahiyələrinin sıyrıqları-bərk Küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 31.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 02.08.2021-ci il tarixli 1255 saylı rəydən görünür ki, zərərçəkmiş şəxs X8 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol baldır nahiyəsinin əzilmiş yarası, hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 31.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 02.08.2021-ci il tarixli 1254 saylı rəydən görünür ki, zərərçəkmiş şəxs X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki baldır nahiyələrinin əzilmiş yaraları, sol çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 31.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 02.08.2021-ci il tarixli 1257 saylı rəydən görünür ki, zərərçəkmiş şəxs X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst dodağın yumşaq toxumaların əzilməsi, selikli qişasının qansızması və yarası, sağ gözaltı nahiyəsinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 31.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 12.08.2021-ci il tarixli 1363 saylı rəydən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol əlin İİİ barmağının əsas falqasının yerdəyişməyən sınığı, alın nahiyəsinin yarası-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 31.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 31.07.2021-ci il tarixli, 1051/2021 saylı aktdan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 31.07.2021-ci il tarixli, 1052/2021 saylı aktdan görünür ki, X10 ayıq vəziyyətdə olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, tərəflərin təhqiqat zamanı verdikləri və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş izahatları ilə, ekspertiza rəyi və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-1071/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1071/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver