Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1079/2021 24.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə və inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X4 iştirakı ilə Nümayəndə Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərardan şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs Nümayəndə Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərardan şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X3 Regional İdarəsinin rəisinin 30 noyabr 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş satıcısı kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1500 (min beş yüz) manat cərimə olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş satıcısı kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və ona 1500 (min beş yüz) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Qida X3 Regional İdarəsinin rəisinin 30 noyabr 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarı qanunsuz və əsassızdır, aşağıdakılara görə ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış 25.10.2021-ci il tarixli KY ********* saylı çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 25.10.2021ci il tarixli GRB-00209 nömrəli Qərarına əsasən "xxxx" QSC-nin Gəncə şəhəri, Atatürk prospekti 236 ünvanında yerləşən, baş satıcı vəzifəsində işlədiyi şirniyyat mağazasında yoxlama keçirilmiş və yoxlamanın nəticəsi kimi Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X7 tərəfindən güya tərəfindən Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 16 noyabr 2021-ci il tarixdə MN ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Toplanmış materiallardan görünür ki, yoxlama zamanı “AZZA CAKE HOUSE” şirniyyat mağazasının satış zalında standartın və normativ sənədlərin tələblərinə cavab verməyən konfet şokolad aşkar olunmuşdur. Belə ki, satışa çıxarılan məhsulun qablaşdırma materialının üzərində yerləşdirilən etiketdə məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı,ünvanı və sair qida təhlükəzliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə görə, sfandartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsal, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir və bu əməllər inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X7 tərəfindən yoxlama zamanı Baş satıcısı olduğu "xxxx" QSC-nin Gəncə şəhəri, Atatürk prospekti 236 ünvanında yerləşən şirniyyat mağazasında standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışı faktı aşkar edilməmişdir. Belə olduğu halda, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığı halda, aparıcı məsləhətçi qanunsuz və əsassız olaraq onun güya Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 16 noyabr 2021-ci il tarixdə MN ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib etmişdir. Yoxlama zamanı mağazada yalnız İsveçrə Konfederasiyasının istehsalı olan “01 şokolad BULK X9” məhsulunun qablaşdırma materialının üzərində yerləşdirilən etiketdə məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı əks olunmaması aşkar edilmişdir. “Yeyinti məhsulları haqqında” (18 noyabr 1999-cu il tarixli) Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3cü hissəsinə görə, yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır. Həmin Qanunun 4-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Bu tələblərin pozulması istehlakçının mal (iş,xidmət) haqqında məlumat almaq hüququnun pozulmasına səbəb olur və bu əməlin törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə görə, istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuş və bu qəbildən olan inzibati xətalara görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmçinin İsveçrə Konfederasiyasının istehsalı olan “01 şokolad BULK X9” məhsulunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasına idxalına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikat verilərək həmin məhsulların standartların və digər normativ sənədlərin tələblərinə cavab verən məhsul olduğu təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X7 yoxlama zamanıbaş satıcısı olduğu "xxxx" QSC-nin Gəncə şəhəri, Atatürk prospekti 236 ünvanında yerləşən şimiyyat mağazasında İsveçrə Konfederasiyasının istehsalı olan “01 şokolad BULK X9” məhsulunun qablaşdırma materialının üzərində yerləşdirilən etiketdə məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı əks olunmamasını aşkar etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi halda, həmin maddə ilə barəsində inzibati xəta törətməyi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə, əməlinə düzgün hüquqi qiymət verməyərək, əməlində inzibati xəta tərkibi olmadığı halda qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə düzgün olmayan 16 noyabr 2021ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib etmiş və həmin protokola əsasən Azərbaycan Respublikası Qida X3 Regional İdarəsinin rəisinin 30 noyabr 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli Qərarı ilə Azərbüycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə qanunsuz və asassız olaraq təqsirli bilinmiş və 1500 (min beş yüz) manat cərimə olunmuşdur. Odur ki, onun əməlinə düzgün hüquqi qiymət verilmədiyindən Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə şikayət ərizəsinə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, İsveçrə Konfederasiyasının istehsalı olan “şokolad BULK X9” məhsulu mağazaya gətirildikdən sonra həmin məhsul ayrı-ayrı qablaşdırılır və həqiqətən də onun işlədiyi mağazada həmin məhsul qablaşdırıldıqdan sonra onun tərəfindən həmin qablaşdırmaların üzərində məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı əks olunmamışdır. Hesab edir ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinə uyğundur. Qeyd etdikləri ilə əlaqədar olaraq şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X6 izahatında bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində baş satıcı işləyən Nümayəndə işlədiyi mağazada standartların və normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması halına yol vermişdir. Belə ki, həmin mağazada şokolad məhsullarının mağazaya gətirildikdən sonra orada yenidən ayrıayrı qablarda qablaşdırılaraq satılarkən qablaşdırmanın üzərində məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı əks olunmamışdır. Halbuki standartların və normativ sənədlərin tələblərinə görə mağazada satılan məhsulların qablarının üzərində məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı əks olunmalıdır. Əgər məhsul istehsalçının qablaşdırmasından sonra mağazada yenidən qablaşdırılarsa onun da üzərində həmin göstəricilər yazılmalıdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və onun tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs Nümayəndə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən, ekoloji, sanitariya, baytarlıq və fitosanitar, norma, qayda və tələblər (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar) vasitəsi ilə həyata keçirilir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qida məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin 7-ci hissəsinə əsasən: -7.1. Məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməlidir. -7.2. İstehlakçıların aldadılması, o cümlədən eyni xassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılması qadağandır. -7.3. Qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi qadağandır. -7.4. Kimyəvi və bioloji preparatlarla işlənilmiş qida məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları görülə bilən olmalıdır. -7.5. Bükmə və qablaşdırmada istifadə olunan materiallar müvafiq qaydada uyğunluq sertifikatları ilə təmin edilməli və məhsullar üçün çirklənmə mənbəyi olmamalıdır. Bükmə və qablaşdırmada istifadə olunan materialların saxlanması şəraiti, məhsullarda çirklənmə riski yaratmamalıdır. Bükmə və qablaşdırma əməliyyatları məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Tənəkə və şüşə qablardan istifadə edildiyi təqdirdə, onların tamlığı və təmizliyi təmin edilməlidir. -7.6. Ölkəyə idxal edilən qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. 7.7. Qida məhsullarının bükülməsində və qablaşdırılmasında təkrar istifadə üçün nəzərdə tutulmuş materiallar asanlıqla təmizlənən və dezinfeksiya edilə bilən xassəyə malik olmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda 30 noyabr 2021-ci tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X2 Aslan Təhməz oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, işin məhkəmə iclasında tədqiq edilmiş materiallarından və işin faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə baş satıcı işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətində standartların və normativ sənədlərin tələblərinə cavab verməyən malların satılmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun həmin inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilmişdir. Belə ki, Nümayəndə şikayət ərizəsi ilə əlaqədar məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, İsveçrə Konfederasiyasının istehsalı olan “şokolad BULK X9” məhsulu mağazaya gətirildikdən sonra həmin məhsul ayrı-ayrı qablaşdırılmış və həqiqətən də onun baş satıcı kimi işlədiyi mağazada həmin məhsul qablaşdırıldıqdan sonra onun tərəfindən həmin qablaşdırmaların üzərində məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı əks olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, Nümayəndə barəsində tərtib 10 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də Nümayəndə barəsində tərtib 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin 30 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nümayəndə Azərbaycan Respublikası Qida X3 regional Bölməsinin 30 noyabr 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-1079/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1079/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver