Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1085/2021 30.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: 17.11.2021-ci il tarixdə saat təxminən 10 radələrində sürücü Şəxs idarə etdiyi “X10” markalı, **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Pişnamazzadə küçəsi ilə hərəkət edərək İ.Qayıbov küçəsinə dönüş edərkən baş yolun boşalmasını gözləmədən nəqliyyat vasitələrinin hərəkət hissəsinə çıxaraq, İ.Qayıbov küçəsi ilə düzünə hərəkət edən “NAZ Lifan” markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön hissəsi ilə toqquşaraq “NAZ Lifan” markalı avtomobilin sürücüsü X4 və avtomobilin ön oturacağında əyləşmiş X2 yüngül xəsarət almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 15.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 20.05.2021-ci il tarixdən B kateqoriya sürücülük vəsiqəsi var. “X10” markalı **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. 17.11.2021-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi “X10” markalı **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Pişnamazzadə küçəsi ilə İsmət Qayıbov küçəsinə çıxmaq üçün həmin küçələrin kəsişməsində avtomobili saxlayaraq yolun hər iki tərəfi istiqamətlərinə baxmışdır ki, yolun boş olmasına əmin olsun və hərəkətə başlasın. Yolun hərəkət hissəsinin boş olmasına əmin olaraq hərəkətə başlamış, ancaq sol tərəfdə dayanmış “VAZ-2107” markalı avtomobil yolun sol hissəsində görməyinin qarşısını aldığına görə sol tərəfdən hərəkətdə olan “NAZ Lifan” markalı avtomobili görməmişdir. Bunda görə də “NAZ Lifan” markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun avtomobilinin önə doğru sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra onun avtomobili yolun sağ hissəsində səkiyə qalxaraq dayanmışdır. Zərbənin təsirindən heç bir xəsarət almamışdır. Ancaq “NAZ Lifan” markalı avtomobilin sürücüsü adı sonradan məlum olan X4 hər hansı bir xəsarət almasını bilməmişdir. Rəşad həyəcanlı olmuşdur. “NAZ Lifan” markalı avtomobilin ön oturacağında əyləşmiş X1 nahiyəsində yüngül cızıq olmuşdur. Ona görə də dərhal avtomobildən düşərək “NAZ Lifan” markalı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobili idarə edən Rəşadın avtomobildən çıxmasına kömək etmiş və oraya X8 briqadası çağırmışdır. X8 briqadası gəlmədiyini görüb həyat yoldaşı X3 hadisə yerinə çağırmışdır. Yaqub idarə etdiyi “Mercedes” markalı avtomobillə oraya gəlmiş və Rəşadla həyat yoldaşı Fərqanəni Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Orada hər iki şəxsə tibbi yardım göstərilməsini təmin etmişdir. Hazırda əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən barəsində inzibati cərimə növündə inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı zərərçəkmiş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 01.11.2021-ci il tarixli, 1925 nömrəli rəyinə əsasən, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 17.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İşin hallarından görünür ki, təhqiqat zamanı zərərçəkmiş X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və məhkəmə-tibb ekspertizasının 01.11.2021-ci il tarixli, 1926 nömrəli rəyinə əsasən, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 17.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, tərəflərin təhqiqat zamanı verdikləri və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş izahatları ilə, ekspertiza rəyi və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-1085/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1085/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver