Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-1089/2021 30.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri X9 X8 Xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 27 noyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri X9 X8 Xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 27 noyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsinə dair vermiş olduğu şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. X4 idarə etdiyi “Mercedes Benz E430” minik markalı **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin purjinlərinin kəsilməsinə və əlavə konstruksiya işlərinin aparılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri X9 X8 Xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən 27 noyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmaqlarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Sədrlik edən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş materialları nəzərdən keçirilərkən şikayətçi X2 şəxsiyyət vəsiqəsi məlumatları barədə portaldan çıxarışdan və şikayət ərizəsindən müəyyən edilmişdir ki, X1 şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, MƏH D-11, sahə 17 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Buna görə də məhkəmə hesab edir ki, X2 şikayətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri X9 X8 Xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 27 noyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və toplanmış material baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri X9 X8 Xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 27 noyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və toplanmış material baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-1089/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-1089/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver