Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1090/2021 19.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər X3 və X1, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Rəfayıl oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Nizami RPB-in İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 15.12.2021-ci il tarixdə Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi, 2-ci dön.ev 10-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində Redmi Note 8 markalı mobil telefonu Mərkəzi Univermağın arxa hissəsində danışmaq adı ilə alıb oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Nizami RPB-in İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10.12.2021-ci il tarixdə saat 12-də Gəncə şəhəri, Vaqif küçəsi, ev 149-da yaşayan Zərərçəkmiş şəxs1 Rəfayıl oğluna məxsus 450 manat dəyərində Samsung Galaxy A 52 markalı mobil telefonu Həsənli Qardaşlar küçəsi ilə Cavadxan küçəsi 2-ci döngə kəsişməsində danışmaq adı ilə alıb oğurlamışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 19 dekabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-nin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 MN ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talamanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 MN ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talamanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokollarda qeyd olunan oğurluqları anası xəstə olduğu və pula ehtiyacı olduğu üçün etmişdir. O, Zərərçəkmiş şəxs2la razılaşaraq sonuncudan oğurladığı telefonun yenisini alıb qaytaracağını bildirmişdir. X6 də ona vaxt verərsə, sonuncunun da telefonunu alıb qaytaracaqdır. Sonda o, barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ərizə verərək bildirmişdir ki, o, Şəxs ilə hal-hazırda razılıq əldə etmiş və barışmışdır, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Rəfayıl oğlu izahat verərək bildirmişdir ki, Şəxs onun qonşusudur. 10.12.2021-ci il tarixdə saat təxminən 12 radələrində Həsənli Qardaşları küçəsində İlqarla görüşmüş, İlqar ona kiminsə pul göndərdiyini və onun telefonuna kod gələcəyini bildirmiş, sonuncu ondan 055 348 12 80 nömrəsi olan Samsung Qalaxy A 52 markalı mobil telefonu danışmaq üçün istəmişdir. O, İlqara inanmış, telefonu ona vermiş, sonradan isə İlqar gəldiyi taksi ilə çıxıb getmişdir. O, İlqarı gözləmiş, gəlmədiyini görəndə anlamışdır ki, İlqar ona qarşı dələduzluq etmişdir. Sonda o, dəymiş ziyanı tələb etdiyini, əks təqdirdə İlqarın cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18.12.2021-ci il tarixli qərarlarından görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Nizami RPBnə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” 18.12.2021-ci il tarixli il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə Şəxs Zərərçəkmiş şəxs2 ilə barışdığını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla belə Şəxs hərəkətlərində 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. - 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, həmçinin zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadığını, məsuliyyəti yüngülləşdirən hal kimi isə səmimi peşmançılığını, əməlini etiraf etməsini və himayəsində xəstə anasının olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu 18.12.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs, barəsində tərtib olunmuş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 18.12.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-1090/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1090/2021
19.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver