Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1091/2021 19.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər X7, X13 və X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Nizami rayon Polis idarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Nizami Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, X21 tərəfindən tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 06.07.2021-ci il tarixdə saat 11-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon, ev 11, mənzil 35-də yaşayan X4 yaşadığı binanın blokundan ona məxsus 40 manat dəyərində su sayğacını oğurlayıb. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X19 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 13.03.2021-ci il tarixdən 14.03.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, Ş.Rustavelli küçəsi 3-cü dalan ev 7-də yaşayan X14 məxsus yaşadığı evin qabağında saxladığı VAZ21011 markalı ** DS *** dövlət nömrə nişanlı avtomobildən 80 manat dəyərində Pioneer markalı maqintafonu oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X23 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 01.11.2021-ci il tarili saat 10-da X2 məxsus Mercedes Sprinter markalı sərnişin qismində əyləşib bütov 100 manat pul əskinasının olmasını deyib xırdalayıb vermək adı ilə 90 manat pul alıb oğulamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X23 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 11.10.2021-ci il tarixdə X10 məxsus Niva markalı avtomobil ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 61 saylı binanın qarşısında meyvə satan zaman 90 manat pulunu aldadıb ələ keçirmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X21 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 09.11.2021-ci il tarixdə saat 23-də Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi yeni tikilidə yaşayan X5 yaşadığı evin yataq otağında olan dolabdan 1 ədəd 80 manat dəyərində 1,5 qram çəkidə olan qızıl boğunbağını oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X21 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 15.08.2021-ci il tarixdən 16.08.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci m, 44-də yaşayan X15 yaşadığı binanın dəhlizində olan dolabdan “Ford Fujon” markalı avtomobilə aid 100 manat dəyərində sürət ölçən cihazı oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X21 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 14.10.2021-ci il tarixdə Gəncə şəhər, Təbriz küçəsi ev 258-də yaşayan X16 yaşadığı evin həyətində yerləşən qoz ağacının budaqlarını kəsərək su çəninə qoşulmuş 2 metr uzunluğunda 5 manat dəyərində plastik borunu oğulamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X23 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 25.10.2021-ci tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan zaman X6 aldadıb 65 manat pulunu xırdalamaq adl ilə ələ keçirmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X24 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 06.10.2021-ci il tarixdə saat 13:30-da X3 məxsus taxsi fəaliyyəti ilə məşğul olduğu avtomobilinə müştəri qismində əyləşib onu aldadaraq pul xırdalamaq adı ilə 45 manat pulunu ələ keçirmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTBnin polis sahə rəisi, X24 tərəfindən tərtib olunmuş 19.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 08.11.2021-ci tarixdən 09.11.2021-ci il tarixə keçən gecə X8 məxsus M.Bağı ev 14 saylı ünvanın arxa hissəsində saxladığı Vaz-2107 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildən ümumi dəyəri 80 manat olan bir cüt ön faraları oğurlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 19.12.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X21 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs əməllərində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talamaların İXM-də 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X23 və X1 Xaliq Vaqif oğlu ilə eyni məzmunlu izahat vermişdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, hazırda işsizdir və heç bir yerdə işləmir. 10 faktla bağlı törətdiyi inzibati xətanın hamısını özü etmişdir. Maddi imkanını olmadığı üçün həmin əməlləri törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Zərərçəkmişlərə vurduğu zərəri ödəməmiş və aralarında barışıq əldə olunmamışdır. Sonda o, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Digər protokolu tərtib etmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin RPB-nin polis sahə rəisi X24 və zərərçəkmişlər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Gəncə şəhəri Nizami rayon Polis idarəsinin RPB-nin polis sahə rəisi X17 və zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16.07.2021-ci il tarixli, 10.11.2021-ci il tarixli, 19.03.2021-ci il tarixli, 21.10.2021-ci il tarixli, 21.11.2021-ci il tarixli, 26.08.2021-ci il tarixli, 24.10.2021-ci il tarixli, 03.11.2021-ci il tarixli, 16.10.2021-ci il tarixli və 19.11.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində müvafiq tədbir görülməsi üçün qərarların surəti Nizami RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, onun özünün etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin İXM-nin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın müəyyən olunmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər bir protokol üzrə ayrı-ayrılıqda, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 18 dekabr 2021-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona, barəsində tərtib olunmuş MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 19.12.2021ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər toplanılmaqla, ona qəti olaraq 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli tutulduğu 18.12.2021-ci il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə Şəhər Bаş Pоlis İdаrəsinə həvаlə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-1091/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1091/2021
19.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver