Məhkəmə qərarları › İş №3(044)-1101/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1101/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1101/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 19, mənzil 34-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra vərəqəsinə əsasən 30 sentyabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(043)-40/2014 saylı qətnaməsi ürə tutulan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrə ümumilikdə 4520 manat borcu yaranmışdır. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)- 1774/2019 saylı icra vərəqəsinə əsasən 30 sentyabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra sənədi üzrə 4520 manat borcu yaranmışdır. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra vərəqəsinə əsasən 30 sentyabr 2008ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. O, 20.12.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən idarəyə gətirilmiş, icra sənədi üzrə ümumilikdə yaranmış 4520 manat borcu ödəməsi təklif edilmişdir. O, yaranmış borcunu imkanı olmadığından ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 məhkəməyə bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra vərəqəsinə əsasən 30 sentyabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Hazırda borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra sənədi üzrə ümumilikdə 4520 manat borcu yaranmışdır. Aliment borcundan bugünə qədər heç bir ödəniş etməmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş edir. Məhkəmə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra vərəqəsinə əsasən 30 sentyabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Azər İbrahimovun 20.06.2019-cu il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində icraat başlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.06.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.08.2021-ci il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X10, X9, hal şahidləri X4, X8 iştirakları ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(043)-1774/2019 saylı icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanında olmuşlar. Aparılmış icra tədbirlərinə əsasən borclunun bu ünvanda yaşamadığı və adına dəyərli heç bir əmlak olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.08.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədləri əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, Şəxs borcunu ödəməmiş, icra icraatı zamanı verdiyi izahatında məhkəmə qətnaməsi olmasına baxmayaraq, borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmamasını göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 təqdim etdiyi ərizədə icra sənədi üzrə borclu Şəxs ona olan aliment borcunu ödəmədiyini, bu səbəbdən borclunun inzibati qaydada həbs edilməsi məhkəmədən xahiş etdiyini bildirmişdir. Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları ilə Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığı və qərəzli olduğu təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs seçilməli və həbsdə saxlama müddətinin əvvəli 20 dekabr 2021-ci il saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 dekabr 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar