Məhkəmə qərarları › İş №3(044)-1103/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1103/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1103/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X6 iştirakları ilə, 26 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 56, mənzil 1 ünvanda yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 12.10.2011-ci il tarixli 2(060)-3904/2011 saylı icra sənədinə əsasən, Şəxs 16.12.2003-cü il təvəllüdlü X3 və 07.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.08.2011-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, cəmi 152 manat sabit pul məbləğində alimentin X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə 8968 (səkkiz min doqquz yüz altmış səkkiz) manat borcu vardır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X8 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 12.10.2011-ci il tarixli 2(060)-3904/2011 saylı icra sənədinin icrası ona tapşırılmış, icra sənədi qanuna müvafiq olaraq icraata qəbul edilmiş və icraata başlanılmış, icra hərəkətləri həyata keçirilmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmiş, borclu Şəxs icra sənədinin icrasından boyun qaçıraraq tələbi hazırki vaxtadək icra etməmiş, üzrsüz səbəbdən yayınmışdır. Borclu onun qanuni tələblərini yerinə yetirməmiş, icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində 21.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hazırda borclunun 8968 (səkkiz min doqquz yüz altmış səkkiz) manat borcu vardır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 12.10.2011-ci il tarixli icra sənədinə əsasən ondan 16.12.2003-cü il təvəllüdlü X3 və 07.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.08.2011-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, cəmi 152 manat sabit pul məbləğində alimentin X1 xeyrinə ödənilməsi qət edilmişdir. O, pandemiyadan əvvəl aliment pulunu tələbkar X2 əl ilə ödəmiş və bu barədə ondan qəbz almışdır. O, ürək xəstəsidir və 4 dəfə infarkt keçirtmişdir, halhazırda işləmir, maddi imkanı olmadığından bir ildir ki, aliment borcundan ödəniş edə bilməmişdir. İcra sənədi üzrə hər ay borcundan ödənişlər edəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadəsini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Sumqayıt şəhər Məhkəməsinin 12.10.2011-ci il tarixli 2(060)-3904/2011 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 16.12.2003-cü il təvəllüdlü X3 və 07.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.08.2011-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, cəmi 152 manat sabit pul məbləğində alimentin X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlamaq haqqında” 06.01.2012-ci il tarixli qərardan müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin 12.10.2011-ci il tarixli 2(060)-3904/2011 saylı icra sənədi icraata qəbul edilmiş və icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, bildirişin surəti Şəxs təqdim edilmiş, xəbərdarlıq təqdim edilmiş, icra sənədinin icrası ilə əlaqədar Şəxs izahat alınmışdır. İş materiallarına əlavə edilmiş 21.12 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş əlyazma qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X2 aliment borcundan 16.01.2017-ci il, 02.06.2017-ci il və 01.08.2017ci il tarixlərdə əlyazma qəbzlə ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, Şəxs 19.03.2020-ci il, 30.11.2020-ci il və 15.02.2021-ci il tarixdərdə infarkt keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini, icra sənədi üzrə ödənişlər etməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati cərimə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar