Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-111/2022 11.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-198/2014 saylı 17.10.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 10100 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədi müvafiq olaraq 09.04.2015-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin icraat dövründə borclu qalıq borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerin yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borcunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, İİ qrup əlil olduğu üçün işləmir və borcunu bir dəfəlik ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, bankdan kredit götürərək 5500 manat ödəniş etmiş, onun 8800 borcu qalmışdır. Qalan borcunu o, hissə-hissə ödəycəkdir. Sonda o, barəsində tərtib olunan protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş: - 11.02.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-198/14 saylı, 17.10.14-cü il tarixli icra sənədinə əsasən Şəxs 10130 manat tutularaq X2 ödənilməlidir. - 2(0440-198/2014 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 07 may 2013-cü il tarixli borc müqaviləsi üzrə 10000 manat əsas, hüquqi yardım üçün çəkilmiş xərclərə görə 100 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat X1 xeyrinə tutulmalıdır. - 09 aprel 2015-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 09.04.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X4 09.04.2015-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.10.2014-cü il tarixli 2(044)-198/2014 saylı icra sənədini icraatına qəbul etmişdir. - Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.10.2014-cü il tarixli 2(044)-198/2014 saylı icra vərəqəsinə əsasən 10130 manat məbləğində pulu X2 ödəməlidir. 10130 manat məbləğində pulu Yuriyə onun Sənan adlı tanışı ödəməlidir, çünki sonuncu onu aldadaraq sənədlərə qol çəkdiribdir. - “Xəbərdarlıq” məktubundan görünür ki, 10000 manat və 130 manat xidmət haqqını və icra ödənişini 15 gün müddətində ödəmədiyi təqdirdə barəsidə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsilə protokol tərtib edilib 500 manatdan 1000 manadək cərimə və ya 30 gün müddətinə inzibati həbs oluna biləcəyinə dair xəbərdar edilmişdir. - Məlumat vərəqəsindən görünür ki, borclu Şəxs ölkədən gütmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 22.05.2021-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Xətai RPİ-də 27.11.2015-ci il tarixdə 45674/15 nömrəli axtarış işi mövcuddur. Faktla bağlı axtarış işi açılmış borclu Şəxs saxlanılaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. - Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinədə izahat verərək bildirmişdir ki, o, axrıncı ödənişini 22.08.2017-ci ildə etmişdir. Onun X2 3300 manat borcu qalmış, ödənişləri gecikdirməyinin səbəbi ürək xəstəliyindən müalicə alması, İİ qrup əlil olması və insult xəstəsi anasına baxdığı üçün evdən çıxa bilməməsi olmuşdur. - Tələbkar X1 Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi 1.02.2022-ci il tarixli izahatından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-198/2014 saylı 17.10.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 10100 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməlidir. Qətnamə qanuni qüvvəyə mindiyi gündən bugünə kimi borclu cəmi 1330 manat ödəniş etmiş, lakin uzun müddətdir ki, qalıq borcdan heç bir ödəniş etməmişdir. Borclu qalıq borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Odur ki, borclunun qalıq 8800 manat borcunun hissə-hissə ödəməyinə razı olmadığını, borclunun barəsində lazımı qanuni tədbirlərin görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki Şəxs işləmədiyini və maddi imkanı olmadığını, anasının xəstə olmasını əsas gətirərək borcu ödəməkdən yayınmışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs Zeyna loğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ikini dərəcəli əlil olmasını onun məsuliyyətini yüngəlləşdirən hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-111/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-111/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver