Məhkəmə qərarları › İş №3(044)-112/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-112/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-112/2022 11.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri X6 Şöbəsinin axtarış üzrə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, xx xxxxx 2000-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində, Gəncə şəhər Baş Polis İdarəsi X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 04 fevral 2022-ci il tarixdə «VAZ21063» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Gəncə şəhəri, Nizami rayonu, “Ramada Plaza” istiqamətində Gəncə şəhəri, Nizami rayonu, Nizami Gəncəvi prospektində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Şəxs avtoxuliqanlıq hərəkətləri etməsi “Tiktok” sosial şəbəkə adlandırılan platformasında “_totu_124” adı altında qeydə alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 511.1.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri X6 Şöbəsinin axtarış üzrə inspektoru, polis mayoru X3 barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməldə inzibati xətanın tərkibinin olmasını, həmin inzibati xətanın “Tiktok” sosial şəbəkə adlandırılan platformasında “_totu_124” adı altında qeydə alındığını, iş materiallarına əlavə edilmiş videogörüntüdən də inzibati xətanın Şəxs tərəfindən törədilməsinin təsdiq edilməsini bildirərək məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 fevral 2022-ci il tarixdə «VAZ 21063» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Nizami rayonu, üzü “Ramada Plaza” istiqamətində Gəncə şəhəri, Nizami rayonu, Nizami Gəncəvi prospektində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə pozmuş, müxtəlif (sağ-sol) manevrlər etmiş və bunu “Tiktok” sosial şəbəkə adlandırılan platformasında “_totu_124” adı altında arxadan gələn digər sürücü tərəfindən paylaşmışdır. Hazırda etmiş olduğu əməldən peşmandır, “Vətən müharibəsi iştirakçısıdır”, 3-cü qrup Qarabağ əlilidir, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, “Vətən müharibəsi iştirakçısı” və 3-cü qurup Qarabağ əlili olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, həmçinin iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirərək hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə iclasında (iş materiallarına əlavə ediliş) DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, üzü “Ramada Plaza” istiqamətində Gəncə şəhəri, Nizami rayonu, Nizami Gəncəvi prospektində «VAZ 21063» markalı **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri X6 Şöbəsinin axtarış üzrə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 fevral 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, «VAZ 21063» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibait məsuliyyət o, hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında hərəkətindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Ona görə də məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 511.1.3-cü maddəsinə əsasən: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar