Məhkəmə qərarları › İş №3(044)-117/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-117/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-117/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan şəhəri, S.Vurğun küçəsi, ev 37-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 137A, mənzil 761-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Tarzan Məmməd oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-cu il tarixli, MN №0397934 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, “xxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən “xxxxxxxxxxxx” MMC-dən 16500 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs və X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu “xxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs borcunun ödənilməsi tələb edilsə də, o, borcundan heç bir ödəniş etməmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən “xxxxxxxxxxxx” MMC-dən 16500 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs və X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu “xxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə olan 16500 manat borcunu ödəməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən “xxxxxxxxxxxx” MMC-dən 16500 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs və X2 ödənilməsi qət edilmişdir. Ona “xxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi olaraq tələbin könüllü icra edilməsi üçün bildiriş təqdim edilməsinə və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Hal-hazırda həmin borcu ödəməyə maddi imkanı yoxdur. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən “xxxxxxxxxxxx” MMCdən 16500 manat məbləğində pul tutularaq ona və X2 ödənilməsi qət edilmişdir. “xxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs həmin borcu ödəməmiş və hal-hazırda da ödəməkdən imtina edir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən “xxxxxxxxxxxx” MMC-dən 16500 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs və X2 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Kommersiya qurumlarının dövlət reyestrinə dair çıxarışdan görünür ki, “xxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Şəxsdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımovun xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin sorğularına cavab məktublarından görünür ki, “xxxxxxxxxxxx” MMC-nin adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlak aşkar edilməmiş, onun qiymətli kağızlara sahibliyi barədə heç bir məlumat yoxdur, onun adına olan bank hesablarında isə vəsait mövcud deyil. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, “xxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs borcunu ödəməmiş, borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmadığını göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. “xxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları onun məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən ona inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar