Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-119/2022 17.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər X10 Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, 19 fevral 1984-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, 2-ci qrup əlil, işləməyən, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan müəyyən olunur ki, X6 14 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Klinikanın qarşısında “VAZ-21104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının təhlükəli manevr hərəkəti edərək yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 bildirdi ki, X6 14 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Klinikanın qarşısında “VAZ-21104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının təhlükəli manevr hərəkəti edərək yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. X2 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək göstərdi ki, o, 2-ci qrup əlildir və himayəsində üç azyaşlı uşağı vardır. O, əməlindən səmimi peşmandır, ilk dəfədir ki, inzibati xəta törədir, bir daha belə hallara yol verməyəcək. 14 fevral 2022-ci il tarixdə “VAZ-21104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Mərkəzi Klinikanın qarşısında toy karvanı ilə hərəkət edərkən avtomobil üçün nəzərdə tutulmuş dayanıqlı vəziyyətdən qəflətən hərəkətə başlamış, avtomobilin arxasını fırlatmış, daha sonra əl əyləcindən istifadə edərək, öz ox ətrafında bir dövrə etmiş, daha sonra əl əyləcindən istifadə edərək, öz ox ətrafında dövr etmiş, daha sonra uzaqlaşaraq çıxıb getmişdir. Kobud və qərəzli yol hərəkəti qaydasını pozuntusuna yol verdiyi üçün peşmandır. Məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 müdafəçisi Vəkil X2 əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil və himayəsində üç azyaşlı uşağının olmasını bildirərək, qeyd edilənləri əsas gətirib məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatlarını, inzibati xəta törətmiş şəxsin müdafiəçisinin fikrini dinləyərək, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. 17 fevral 2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 26 saylı Göygöl Tibbi Sığorta Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 - 127348 saylı müayinə aktından görünür ki, X6 İİ qrup xəstədir. AZE № 12457051 saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 22.05.2010cu il tarixdə anadan olmuş Nuray Quliyevanın atası – Quliyev Nağı, anası- Quliyeva Şəfadır. AZE № 12428038 saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 18.12.2011cu il tarixdə anadan olmuş Sinan Quliyevın atası – Quliyev Nağı, anası- Quliyeva Şəfadır. AZE № 12428038 saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 18.12.2011cu il tarixdə anadan olmuş Nuran Quliyevın atası – Quliyev Nağı, anası- Quliyeva Şəfadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. X2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə X2 barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, 2-ci qrup əlil və himayəsində üç azyaşlı uşağının olmasını, onun ilk dəfə inzibati xəta törətdiyini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş) yüz manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-119/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-119/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver