Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-120/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPİ-nin İTB-in polis şöbəsinin sahə rəisi, polis leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami RPİ-nin İTB-in polis şöbəsinin sahə rəisi polis leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17.02.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs atası Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Gəncə şəhəri Nizami RPİ-nin İTB-in polis şöbəsinin sahə rəisi polis leytenantı Nümayəndə məhkəmə iclasında protokolu müdafə edib bildirmişdir ki, 22.01.2022-ci il tarixdə Şəxs Gəncə şəhəri Gül bağının yanında yaşadığı ünvanda olan zaman Zərərçəkmiş şəxs baş nahiyyəsindən vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti vuraraq fiziki ağrı yetirmişdir. Sonda o, Şəxs ilə Zərərçəkmiş şəxs barışdığı üçün qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək bildirdi ki, atası Zərərçəkmiş şəxs tez-tez ondan və həyat yoldaşı Şəfəqdən müxtəlif yalan məlumatlarla polisə şikayət etmişdir. Onların arasında 22.01.2022-ci il tarixdə mübahisə olmuşdur, o, atasını vurmamışdır. Sonda o, atası ilə barışdığını onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 22.01.2022-ci il tarixdə o, nəvəsini yanına çağıranda gəlini X1 onu təhqir etmiş, əlinə böyük bıçaq alaraq onu ölümlə hədələmişdir. Həmin vaxt Şəxs arvadı Şəfəqin əlindən bıçağı almış və bıçağı alan zaman əlini kəşmişdir. Daha sonra oğlu Xəzər sillə ilə onu vurmuşdur. Sonda o, oğlu Xəzəri bağışlayaraq barışdığını bildirmiş və onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində İXM-in 157 –ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114,115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 17.02.2022-ci il tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-120/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-120/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver