Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-121/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X2 iştirakı ilə, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində qəbul edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş AR İXM-nin 395.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Bəhruz Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, inzibati xəta haqqında iş üzrə 49/19 nömrəli qərarı ilə tətbiq edilmiş 400 manat məbləğində inzibati cərimənin tətbiqinin ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2019cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayonu ərazisində özbaşına tikinti işləri aparmışdır; xx.xx.2019-cu il tarixli, 49/19 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək X6 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən araşdırılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyərək, onun izahatını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki şikayət təmin edilməli, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti X4 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilib 400 manat miqdarında inzibati cərimə etmişdir. Vəzifəli şəxsin qərarına görə X11 şəhəri Nizami rayon İcra Hakimiyyətinin icazəsini almadan Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X9 vəzifəli şəxsin qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və onun apellyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.Yeni məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 Gəncə şəhər Nizami İcra hakimiyyəti başçısının xx xxxx 2016-cı il tarixli 278 saylı sərəncamı ilə Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon 28 may küçəsinin şərq tərəfində yerləşən 400 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə(layihələndirilməsinə) icazə verilmişdir. Eyni zamanda işdə olan X2 adına verilmiş Gəncə şəhəri İH-nin “Memarlıq və Şəhərsalma” İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin eskiz vəziyyətinə dair plan verilmişdir. Göründüyü kimi vəzifəli şəxs işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etmiş, işdə olan icra hakimiyyəti orqanının aktı ilə ərizəçiyə tikintiyə icazə verilməsi nəzərdə tutulsa da icra hakimiyyəti orqanının vəzifəli şəxsi bu sərəncamın və ona əlavə edilmiş layihə sənədlərinin həqiqətən mövcud olub-olmamasını araşdırmamış, belə sərəncamın müvafiq icra hakimiyyətində olub-olmamasını müəyyən etməmiş və obyektiv həqiqətin müəyyən edilməsinə nail olmamışlar.Məhkəmə baxışı zamanı həmin sərəncamın ləğv edilib-edilməməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon İcra hakimiyyətinə sorğu göndərilsə də, məhkəmə sorğusuna cavab verilməmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Məhkəməyə Gəncə şəhəri Nizami rayon icra hakimiyyəti tərəfindən Gəncə şəhər Nizami İcra hakimiyyəti başçısının xx xxxx 2016-cı il tarixli 278 saylı sərəncamının qüvvədə olub-olmaması ilə bağlı məlumat verilmədiyindən məhkəmə X2 həmin inzibati orqanın qeyd edilən qərarının qüvvədə olması ilə bağlı etimadını qoruyur və həmin inzibati aktı işin halları baxımından qüvvədə olmuş inzibati akt kimi dəyərləndirir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 395.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslərin məsuliyyətini nəzərdə tutur.Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12, 53, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-121/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-121/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver