Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-129/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızınınn katibliyi, şikayətçi, Gəncə şəhəri M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin rəisi X13 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 11 fevral 2022-ci il tarixli, MN ******* qərarın ləğv edilməsinə dair X12 vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru X18 məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin rəisi X9 onun barəsində inzibati tənbeh vermə haqqında 11 fevral 2022-ci il tarixli, MN ******* qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X18 bildirdi ki, o, qərarı qanunsuz və əsassız hesab edir. Həmin qərar vəzifəli şəxsin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, vəzifəli şəxsin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin AR İXM-nin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, İXM ilə müəyyən edimiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsaslarına görə və qərəzçiliklə tərtib edildiyi üçün ləğv edilməlidir. Belə ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 N-li tam orta məktəbin ibtidai sinif müəllimi X5 tarixi məlum olmayan bir ərizə ilə “əmək hüquqlarının pozulması barədə” DƏMX-nin Gəncə regional ərazi şöbəsinə müraciət etmiş və həmin ərizə şöbədə 27.12.2021-ci il tarixində, 210 13371303-135 N ilə qeydiyyatdan keçirilərək “araşdırmaya” başlanılmışdır. (Qeydiyyat zamanı düzəliş hallarına yol verildiyindən qeydiyyat N-si 211 13371303-133-də ola bilər). Şöbə tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” 27.01.2022-ci il tarixli, MN1052909 N-li protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq həmin şöbənin “İnzibati tənbeh vermə haqqındakı” 11.02.2022-ci il tarixli, MN1064664 N-li Qərarı ilə “Gəncə Təhsil İdarəsi M.Ə.Sabir adına 5 N-li tam orta məktəbin direktoru B.Ə.İmranov tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozularaq məktəbin ibtidai sinif müəllimi X4 boşdayanma vaxtı üçün əmək haqqı ödənilməməsinə görə” güya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş və şikayətçiyə Azərbaycan Respublikası İXM-in 114.1.1 və 115-ci maddələri rəhbər tutularaq 700 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. DƏMX-nin Gəncə regional ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqındakı” 11.02.2022-ci il tarixli, MN1064664 N-li Qərarı əsassız və qanuna zidddir. Belə ki, DƏMX-nin Gəncə regional ərazi şöbəsinin onun 27.01.2022-ci il tarixli, MN1052909 N-li inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması üçün 11.02.2022-ci il tarixdə, saat 11:00-da regional ərazi şöbəsinə çağrılması barədəki 31.01.2021-ci il tarixli, 221 300 28961 N-li bildirişi 2 saat 30 dəqiqə sonra saat 13:30-da məktəbə çatmış və bu səbəbdən işin baxılmasında iştirak edə bilməmişdir. Həmin gün məktubu aldıqdan sonra saat 14:49-da regional şöbənin rəis müavini Rüstəm Rüstəmovla telefonla danışaraq 14.02.2022-ci il tarixə (həftənin 1-ci günü) saat 11-ə görüş təyin etmiş, həmin gün (14.02.2022) işin baxılmasında iştirak etmək üçün regional şöbəyə gedəndə isə 11.02.2022-ci il tarixli, MN1064664 Ne-li Qərarın onun iştirakı olmadan qəbul edildiyini bilmişdir. DƏMX-nin Gəncə regional ərazi şöbəsinin 28.12.2021-ci il tarixli, **********4 N-li məktubuna cavab olaraq məktəb tərəfindən yazılmış 10.01.2022-ci il tarixli, 001/2 No-li 6 (altı) vərəqlik məktub və ona əlavə edilmiş 45 (qırx beş) vərəqlik sənədlər, eləcə də məktəbin, Gəncə Şəhər Təhsil İdarəsinin və onun metodiki mərkəzinin əməkdaşlarının verdiyi yazılı izahatlar yetərincə araşdırılmaq əvəzinə şikayətçi qismində müraciət etmiş Günzarə Şükürovanın ərizəsində göstərdiyi fikirlər heç bir sübut olmadan əsas kimi götürülərək qərar qəbul edilmişdir. Belə ki, məktəbin müəllimləri arasında 2021/2022-ci tədris ili üçün olan dərs bölgüsü məsələsinə ilkin olaraq siniflər və fənlər üzrə metod birləşmələrdə baxılmış, sonra məktəbin 21.09.2021-ci il tarixdə keçirilən pedaqoli şurasında (Protokol No 1) geniş müzakirə edilməklə qərar qəbul edilmiş, dərs bölgüsü həmin qərara uyğun olaraq məktəbin 22.09.2021-ci il tarixli, 068/3 No-li əmri ilə rəsmiləşdirilmiş, əmrə uyğun olaraq dərs cədvəlləri hazırlanaraq təsdiq edilmiş və müəllimlər həmin cədvəllərə uyğun olaraq işə başlamışlar. Günzarə Şükürova da dərs bölgüsü ilə bağlı olan bütün bu proseslərdə iştirak etmiş, növbəti dərs ilində işləməsi nəzərdə tutulan sinfin şagird sayının az olması səbəbindən açılmamaq ehtimalının olduğu 2021/2022-ci dərs ilində 1-ci sinif götürməsi nəzərdə tutulan sinif müəllimləri ilə keçirilən görüşlərdə dəfələrlə ona xatırladılmış, son olaraq 21.09.2021-ci il tarixdə keçirilən pedaqofi şurada Günzarə Şükürovaya sinif açılmayacağı təqdirdə ibtidai siniflərdən ötürülməklə ona dərs saatları və yaxud da sağlamlıq imkanları məhdud olması səbəbindən evdə təhsilə cəlb edilən 2 uşağa keçmək üçün 17 saat dərs verilməsi təklif edilmiş, o isə pedaqofi şurada çıxış edərək “Bəhrəm müəllimə inanmayın o yalan danışır istəyir ki, mənim sinfim açılmasın” “istəsə uşaq sayı 20-dən çox olan digər siniflərdən mənə uşaq keçirər sinfi açar” “ şəxsi qərəzlik edir qəsdən mənim sinfimi açmır” “mən 2-ci kateqoriyalı müəllim deyiləm ki yığma dərs aparam və yaxud da qapı-qapı gəzərək evdə dərs deyəm” “mən şikayət edəcəm sinfimi açdıracam öz sinfimdə də işləyəcəm” sözlərini təkrar-təkrar və qışqıra-qışqıra söyləmiş, “Mən heç bir dərs istəmirəm, öz sinfimi açdıracam və həmin sinifdə də işləyəcəm” deməklə sözünü yekunlaşdırmışdır. Pedaqoli şuranın 21.09.2021-ci il tarixli protokolundan, 22.09.2021-ci il və 14.12.2021-ci il tarixlərində yazılmış aktlardan Günzarə Şükürovanın DƏMX-nin Gəncə regional ərazi şöbəsinə ünvanladığı ərizədəki “məni hansı dərs saatı ilə təmin edəcəkləri barədə heç bir məlumat verilmədi” fikrinin tamamilə böhtan olduğu aydın olur. Günzarə Şükürova tədris etməsi üçün ona verilmiş 17 (on yeddi) saat dərsi keçmədiyi və həmin dərslərin tədris olunması zəruriyyəti yarandığı nəzərə alınaraq həmin dərs saatlarının məktəbin 22.09.2021-ci il tarixli, 068/9 No-li digər əmri ilə 23.09.2021-ci il tarixindən məktəbin digər müəllimlərinə əvəzetmə qaydasında verilməsi isə tamamilə qanunidir və müəllimin hansı səbəbdən işə gəlməməsindən asılı olmayaraq bu proses bütün hallarda bir qayda olaraq belə həyata keçirilir. X14 regional ərazi şöbəsinə ünvanladığı ərizədəki “Nəzərinizə çatdırım ki, 24 nəfər şagirdi də təbliğat apararaq başqa müəllimlərə keçirdilər. Sonradan təkrarən 14 nəfər şagird cəlb etmişəm. Mənim diaqnostik balım digərlərindən üstün olsa da buna məhəl qoymadılar” fikri də tamamilə uydurma və yalandır. Belə ki, şagirdlərin 1-ci sinfə qəbulu elektron qaydada aparılır. Valideyn məktəbi və müəllimi seçmək üçün şəxsi kabinet yaradır və bu kabinetə giriş şifrəsini ancaq özü bilir. Deməli, nə müdir, nə də məktəbin hər hansı bir işçisi, eləcə də bu dərs ilində 1-ci sinif götürəcək hər hansı bir müəllim uşağı bir sinifdən çıxarıb digər sinfə keçirə bilməzdi. X14 regional ərazi şöbəsinə ünvanladığı ərizədəki “mən oktyabr ayından hər gün məktəbə gedib, sinif otağımda oturmuşam” fikri tamamilə böhtandır. X15 işləyəcəyi 1-ci sinif açılmadığından və məktəbin ibtidai təhsil səviyyəsində 2 sinif azaldığı halda, orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyəsində 2 sinif artdığına, eyni zamanda V-Xİ siniflərin təhsil aldığı tədris korpusunda 2 informatika sinfi yaradıldığına görə həmin korpusda təhsil alması nəzərdə tutulan 4 sinif digər korpusa keçirilmiş, bu siniflərdən biri Günzarə müəllimənin əvvəllər işlədiyi sinif otağına yerləşdirilmiş və digər V-Xİ siniflərdə olduğu kimi, bu sinifdə də dərslər 29.09.2021-ci il tarixində başlanmışdır. X14 regional ərazi şöbəsinə ünvanladığı ərizədəki “Oktyabr ayının 15-də mənə məlumat verdilər ki, siz Səriştəli metodist layihəsinə seçildiyiniz üçün Bakı şəhərinə ezam olunursunuz. Oktyabr ayının 24-də ezamiyyətdən qayıtmışam” fikri də yanlışdır. Belə ki, nə metodiki mərkəzin rəhbərliyi, nə də Günzarə müəllimə ezamiyyə ilə bağlı rəhbərliyə hər hansı bir sənəd-əmr təqdim etməyiblər. Birdə ki, Günzarə müəllimənin oktyabr ayının 15-dən sonra Bakı şəhərinə ezam olunması və həmin ayın 24-də qayıtması onun ezamiyyətdən əvvəl və sonra işə gəlmədiyi günləri üzrlü hesab etmək üçün əsas ola bilməz. Günzarə Şükürovanın “Noyabr ayından dekabr ayının 10-a qədər səhhətimlə bağlı işdə olmamışam. Həmin tarixlərə xəstəliyi təsdiq edən sənədim var. Lakin Bəhrəm müəllim mənim xəstəlik kağızımı təsdiq etmir” iddiası da tamamilə yanlışdır. Belə ki, Günzarə müəllimə 2021-ci ilin sentyabr ayının 23-dən bu günə kimi məktəbə gəlməyib. Rəhbərlik və onun iş yoldaşları onunla sentyabr və oktyabr aylarında görüşüb, dərsini deməsini söyləyəndə də Günzarə müəllimə “mən xəstəyəm bülletenim var” demişdir. Günzarə müəlliməni son olaraq 14.12.2021-ci il tarixdə görmüş, həmin tarixdə yazılmış aktda göstərilən işçilərlə bərabər onu qəbul edərək direktor kimi dinləmişdir. Günzarə Şükürova onun qəbulunda olarkən ona 02.11.2021-ci il tarixli, SN00007 seriyalı ******* N-li əmək qabiliyyəti olmaması vərəqəsini təqdim etmiş və bu zaman həmin vərəqənin 06.12.2021-ci il tarixdə Günzarə Şükürovanın ikinci iş yeri olan Gəncə Şəhər Təhsil İdarəsinin metodiki mərkəzinin metodisti kimi həmin müəssisə tərəfindən işlənildiyi ona müavinət hesablandığı və vərəqənin aidiyyatı işçilər tərəfindən imza və möhürlə təsdi edildiyi aydın olmuşdur. Günzarə müəllimə yuxarıda göstərilən əmək qabiliyyəti olmaması vərəqəsini 14.12.2021-ci il tarixində ona təqdim edərkən xəstəliyinin davam etdiyini bildirmiş və həmin vərəqənin doldurulmasını xahiş etmişdir. Əmək qabiliyyəti olmaması vərəqəsi qeyd olunan formada metodist kimi işlənildiyindən və təsdiq edildiyindən onu yenidən doldurmağın (işləməyin) mümkün olmadığı Günzarə müəlliməyə izah edilməklə noyabr ayı üçün əmək qabiliyyəti olmaması vərəqəsi olmasına və vərəqədə onun 01.12.2021-ci il tarixində işə başlamalı olduğu göstərilməsinə baxmayaraq, Günzarə müəllimənin “xəstəliyim davam edir və mən bülletendəyəm” deməsi səbəbindən ondan ancaq sentyabr-oktyabr aylarında nə üçün işə gəlməməsinin səbəblərini göstərməklə izahat yazması xahiş edilmiş, o isə bu izahatı yazmaqdan imtina etmiş və həmin səbəbdən də onun nə üçün işə gəlməməsini aydınlaşdırmaq mümkün olmamışdır. Günzarə müəllimənin Gəncə regional ərazi şöbəsinə 27.12.2021-ci il tarixində daxil olmuş (qeydiyyat No **********3-135) ərizəsində isə “Noyabr ayından dekabr ayının 10-a sədər səhhətimlə bağlı işdə olmamışam. Həmin tarixlərə xəstəliyi təsdiq edən sənədim var” yazması və 14.12.2021-ci il tarixində direktorun qəbulunda olarkən “xəstəliyim davam edir” söyləməsi ziddiyətlidir. Çünki onun dekabr ayı üçün olan əmək qabiliyyəti olmaması vərəqəsi dekabr ayının 10-na kimi idisə, nə üçün həmin vərəqəni də 14.12.2021-ci il tarixində direktora təqdim edərək doldurulmasını xahiş etməmiş və nə üçün və hansı məqsədlə “xəstəliyim davam edir” söyləməklə yanlış fikir formalaşdırmağa çalışmışdır? X14 regional ərazi şöbəsinə ünvanladığı ərizədəki “Dekabr ayının 14-dən işdə olduğu halda, yenə mənə əmək haqqı yazılmadı” iddiası isə tamamilə əsassızdır. 14.12.2021-ci il tarixində yazılmış aktdan da aydın olur ki, Günzarə müəllimə 23.09.2021-ci il tarixindən akt yazılan günə kimi 1 gün də olsun işə gəlməmiş, 14.12.2021ci il tarixində məktəbdə olarkən xəstəliyinin hələ də davam etdiyini və ambulator şəkildə müalicə götürdüyünü bildirərək getmiş və həmin gündən bu günə kimi 1 gün də olsun” gəlməmişdir. Günzarə müəllimənin işə gəlməmə səbəblərinin araşdırılması üçün 05.01.2022-ci il tarixdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin yanına çağrılması məktəbin ibtidai sinif müəllimi X8 regional ərazi şöbəsinə yazdığı izahatda da təsdiqini tapmışdır. Günzarə Şükürovanın işdə olmama səbəblərini göstərməklə izahat yazmaqdan imtina etməsi, Gəncə regional ərazi şöbəsinə yazdığı ərizədəki fikirlərlə, qəbulumda olarkən söylədiyi fikirlərin ziddiyyət təşkil etməsi, onun izahat yazacağı halda, daha hansı ziddiyyətli fikirlər söyləyəcəyi anlamına gəlir. Lakin bütün bunlara baxmayaraq, onun işdə olmadığı günlərin üzrsüz olduğu müəyyən edilərsə, bu Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və ona görə də onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə ləğv edilə bilər. Günzarə Şükürova hələ də işdə olmama səbəblərini göstərməklə izahat yazmadığından və Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə ƏM-nin “70-ci maddəsinin cçə bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun” göstərişinə uyğun olaraq onun hansı səbəbdən işə gəlmədiyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb və bu səbəbdən, eləcə də məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə isə işəgötürən ƏM-nin “70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır” fikri təsbit edildiyindən onunla bağlanmış əmək müqaviləsi bu günə kimi ləğv edilməyib. Günzarə Şükürova baş verən proseslərlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmiş, məsələ yerindəcə geniş araşdırılmış və araşdırmanın nəticəsi barədə Günzarə Şükürovaya və Təhsil Nazirliyinə məlumat verilmişdir. Kollektivdə sağlam-mənəvi mühit yaratmaq və bu gün yaşanan (daha doğru yaşanmağa məcbur edilən) halları yaşamamaq, vaxtını tədrislə bağlı olan məsələlərə daha çox sərf etmək imkanını əldən verməmək üçün Təhsil idarəsinə getdiyi bütün hallarda Günzarə müəlliməni dərslərini demək üçün məktəbə dəvət etmək məqsədilə onu görməyə çalışmış, işlədiyi otağa baş çəkmişdir. Günzarə Şükürovanı görə bildikdə fikrini ona bildirmiş, əvəzində isə ya cavab ala bilməmiş, ya da “sən pisliyini etdin mən sinfimi açdıracam və sinfimdə işləyəcəm mən ev dərsi deyən deyiləm və yaxud da xəstəyəm bülletendəyəm” kimi cavablar almışdır. Şikayətçi 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayının 5-nə kimi dəfələrlə telefonla və yaxud şəxsən görüşməklə metodiki mərkəzin direktoru Söhrab Hacıyevdən, Günzarə müəllimənin iş və otaq yoldaşları Saidə Tağı-zadədən və X16 müəllimə ilə söhbət etmələrini, onun adından gəlib dərslərini deməsini məsləhət bildiyini və növbəti tədris ilində birinci sinifdə işləməsi üçün adının elektron portala daxil edilməklə ona şərait yaradılacağını bildirmələrini xahiş etmişdir. 05.01.2022-ci il tarixində isə son olaraq Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə katibəsi vasitəsi ilə saat 17:00-a görüş təyin etmiş və Günzarə Şükürovanı da məktəbin ibtidai sinif müəllimi X2 vasitəsi ilə (Günzarə müəllimə onun və direktor müavinin telefonunu götürmür) bu görüşə dəvət etmişdir. Qərənfil müəllimənin dediyinə görə Günzarə müəllimə ona “ağrıyıram, işim var, imkanım olsa gələcəyəm” deyərək cavab vermiş, lakin görüşə gəlməmişdir. O qəbulda olaraq Günzarə müəllimə ilə bağlı baş verən proseslər barədə məruzə etmiş və son olaraq isə Anar müəllim Günzarə müəlliməni metodiki mərkəzin direktoru Söhrab Hacıyevin vasitəsi ilə çağırıb onun məktəbə işə getməmə səbəbini təkrar müzakirə edəcəyini bildirmişdir. Günzarə müəllimə ilə bir otaqda oturan Saidə Tağı-zadə onun xahişini yerinə yetirərək nəinki təkcə Günzarə müəllimə ilə, hətta onun bacısını da dəvət edərək onlarla birlikdə söhbət etdiyi, fikirlərini onlara çatdırdığı və müsbət nəticə əldə edə bilmədiyi barədə məlumat vermişdir. Günzarə müəllimənin digər otaq yoldaşı Aynur Həsənova da onunla apardığı söhbətin müsbət nəticə vermədiyi barədə onu məlumatlandırmışdır. Günzarə Şükürovaya digər ibtidai siniflərdən ötürülməklə ona dərs saatları və yaxud da sağlamlıq imkanları məhdud olması səbəbəbindən evdə təhsilə cəlb edilən 2 uşağa keçmək üçün 17 saat dərs verilməsinin təklif edilməsinə, Günzarə Şükürova hər iki halla razılaşmayaraq “mən şikayət edəcəm sinfimi açdıracam öz sinfimdə də işləyəcəm” fikrini söyləməsi, söylədiyi fikrə nail olmaq üçün uzun müddət yuxarı təşkilatlara və rəhbər orqanlara müraciət etməkdə davam etməsi, eləcə də məktəbin 21.09.2021-ci il tarixli pedaqoji şuranın qərarına uyğun olaraq imzalanmış 22.09.2021-ci il tarixli, 068/3 əmri və həmin dərslərin keçilməsi üçün hazırlanmış və təsdiq edilmiş dərs cədvəlini götürməkdən imtina etməsi, həmçinin məktəbin rəhbər işçilərindən tutmuş Gəncə Şəhər Təhsil İdarəsinin müdirinə kimi bir çox rəhbər işçilərin Günzarə müəlliməyə ona verilmiş dərsləri tədris etməsini tövsiyə etməsinə və bunun yuxarıda göstərilən izahat və sənədlərlə təsdiq edilməsinə baxmayaraq DƏMXnin Gəncə regional ərazi şöbəsinin Günzarə Şükürovanın işə gəlmədiyi müddəti “işçinin təsiri olmadan boşdayanma” hesab etməsi tamamilə məntiqsiz və əsassızdır. Günzarə Şükürovanın bu vaxta kimi işə gəlməməsinin, yəni ona təklif edilmiş və verilmiş dərs saatlarını tədris etməməsinin səbəbi özünün də təkrar-təkrar söylədiyi “mən sinfimi açdıracam və öz sinfimdə işləyəcəm” fikrinə inanması olmuşdur ki, bunu da onun işləyəcəyi 1-ci sinifdə oxuması nəzərdə tutulan uşaqlarının sayı cəmi 14 (on dörd) nəfər olduğundan və bu say Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında”kı 22 iyun 2020-ci il tarixli, 212 No-li Qərarı ilə müəyyənləşdirilmiş minimum normaya uyğun gəlmədiyindən həyata keçirə bilməmiş və bu səbəbdən də dərsə gəlmədiyi müddəti üzürlü hesab etməkdən və həmin müddət üçün əmək haqqı almaqdan ötrü yollar axtarmağa başlamış və bu səbəbdən də DƏMX-nin Gəncə regional ərazi şöbəsinə müraciət etmiş və həmin şöbə də təqdim edilmiş sənədləri araşdırıb qiymətləndirmək əvəzinə Günzarə Şükürovanın arzusunu həyata keçirməyə çalışaraq yuxarıda qeyd etdiyim qərarı çıxarmışdır. Qeyd edilənlərdən aydın olur ki, əməlimdə hər hansı inzibati xəta, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bundan başqa ona bildiriş vaxtında verilmədiyi üçün o, inzibati protokol tərtib olunarkən iştirak etməmiş, bu barədə məlumat verərək 2 gün sonra gələcəyini bildirmiş, lakin o, şöbəyə getdikdə artıq onun iştirakı olmadan protokol tərtib edilmişdir. Odur ki, DƏMX-nin Gəncə regional ərazi şöbəsinin onun barəsində qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında”kı 11.02.2022-ci il tarixli, MN1064664 No-li Qərarı əsassız və qanuna zidd olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin nümayəndəsi X10 bildirdi ki, 27 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. X1 müraciət etmişdir ki, ona qanunsuz olaraq əmək haqqı verilmir. Bununla əlaqədar olaraq X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Regional ərazi şöbəsində izahatı da alınmış, G. Şükürova bildirmişdir ki, 21.09.2021-ci il tarixdən hər gün 14 nəfər şagirdlə məktəbdə olmuş, məktəb rəhbərliyi valideynlərə onun haqqında xoşagəlməz sözlər deyərək başqa müəlimlərin sinfinə keçməyə məcbur etmişlər. Günzarə Şükürova oktyabr ayından hər gün məktəbə gedib, sinif otağında olmuşdur. G.Şükürova oktyabr ayının 15 dən Bakı şəhərinə ezam olunmuş, oktyabr ayının 24 də ezamiyyətdən qayıtmışdır. Bu müddət ərzində ona dərs saatı verilməmişdir. Noyabr ayından dekabr ayının 10-a qədər səhhəti ilə bağlı işdə olmamış, həmin tarixlərə xəstəliyi təsdiq edən sənədi var, lakin Bəhrəm İmranov onun xəstəlik kağızını təsdiq etmir. Dekabr ayının 14-dən işdə olduğu halda yenə sonuncuya əmək haqqı yazılmadığından şikayət etmişdir. Vətəndaş G.Şükürova 27.12.2021-ci il tarixdə DƏMX Gəncə Regional ərazi şöbəsinə müraciət etdikdən sonra araşdırma aparılaraq zəruri sənədlər Bəhram İmranov tələb edilmişdir. Sonuncu dəfə 27.01.2022-ci il tarixdə G.Şükürova şöbədə olarkən şikayətindən imtina etmədiyini bildirmiş və bu barədə izahatı alınmış, daha sonra B. İmranov Şöbəyə dəvət olunmuş, lakin poçtalyon sonuncuya bildrişi gec çatdırmış, sonuncubarəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra B.İmranov Şöbəyə gəlmiş, lakin artıq araşdırma yekunlaşaraq inzibati protokol tərtib edildiyi üçün 27.01.2022-ci il tarixli inzibati qərar B.İmranova təqdim edilmişdir. Sonda B.İmranovun şikayətin təmin edilməməsini və 27.01.2022-ci il tarixli MN №1064664 qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Gəncə şəhəri M.Ə.Sabir adına 5 N-li tam ota məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir və eyni zamanda Gəncə şəhər Təhsil İdarəsinin İbtidai siniflər üzrə metodistidir. 2021-ci ildə Azərbaycanda dərslərin başlanmasına 22 sentyabr tarixindən qərar verilmişdir. Həmin tarixdən hər gün 14 nəfər şagirdlə məktəbdə olmuşdur. Məktəbin direktoru Bəhram İmranov valideynlərə onun haqqında xoşagəlməz sözlər deyərək başqa müəlimlərin sinfinə keçməyə məcbur etdilər. Eyni zamanda 24 nəfər şagirdi də təbliğat apararaq başqa müəllimlərə keçirdilər. Sonradan təkrarən 14 nəfər şagird cəlb etsə də, diaqnostik balı digərlərindən üstün olsa da buna məhəl qoymayaraq 27 sentyabrdan şagirdləri digər siniflərə keçirərək sinfin bağlanmasına xitam verildi. Həmin tarixədək onu hansı dərs saatı ilə təmin edəcəkləri barədə heç bir məlumat verilməmişdir. Bir çox yerlərə müraciət etmiş, lakin məktəbin direktoru Bəhrəm İmranov “valideyn onu seçmir” deyib hamını buna inandırır. O 28 ildir bu məktəbdə şərəflə, ləyaqətlə çalışır. Bu illər ərzində heç bir nöqsanı olmamışdır. Valideynlər və şagirdlər arasında kifayət qədər nüfuzu var. Oktyabr ayında hər gün məktəbə getmişdir. O məktəbə gəlmiş, bu zaman sinif otağına buraxmamışlar. Ertəsi gün onun iştirakı olmadan əşyalarını çölə atıb sinif otağını başqa sinfə vermişlər. Oktyabr ayının 15-dən Səriştəli Metodist layihəsinə seçildiyi üçün Bakı şəhərinə ezam olunmuş, oktyabr ayının 24-də ezamiyyətdən qayıtmışdır. Bu müddət ərzində ona dərs saatı verilməmişdir. Buna baxmayaraq Bəhrəm İmranov sentyabr ayının 22 -dən ona veriləcək dərs saatlarını əmrlə başqa müəllimlərə vermişdir. Noyabr ayından dekabr ayının 10-a qədər səhhəti ilə bağlı işdə olmamışdır. Həmin tarixlərə xəstəliyi təsdiq edən sənədi var. Lakin Bəhrəm müəllim onun xəstəlik kağızımı təsdiq etməmişdir. Direktor ondan izahat yazmağını tələb edir. Dekabr ayının 14-dən işdə olduğu halda yenə əmək haqqı yazılmamışdır. Yenə onun dərsləri başqa müəllimlərə yazıldı. O sentyabr ayından əmək haqqı almır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Regional ərazi Şöbəsinə müraciət etmiş və onun müraciətinə əsasən B. İmranov barəsində tənbeh tədbiri görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 27.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X18 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün protokol tərtib edilmiş, Bəhram İmranov tərəfindən imzalanmamışdır. - 11 fevral 2022-ci il tarixli MN №1064664 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. - Gəncə şəhəri 5 nömrəl tam orta məktəbin İbtidai Sinif müəllimlərnin 2021/2022-ci tədris ilindəki dərs saatları haqqında məlumat cədvəlindən görünür ki, 1970-ci il təvəllüdlü X3 ev dərsi 17 saat, cəmi 17 saat dərs saatı mövcuddur, diaqnostik qiymətləndirməsi 35 baldır. - Gəncə şəhəri Təhsil İdarəsi M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin dərs bölgüsünün təsdiqi barədə 22 sentyabr 2021-c il tarixli 068/3 nömrəli əmrdən çıxarışından görünür ki, X4 ibtidai sinif üzrə 4ç, sinfində 8.5 saat evdə təhsil və 4e sinfində 8.5 saat evdə təhsil olmaqla cəmi 17 saat dərs saatı təsdiq edilmişdir. - Gəncə şəhəri Təhsil İdarəsi 22.09.2021-ci il tarixli 068/9 nömrəl Dərslərin əvəz edlməsi barədə əmrdən görünür ki, məktəbin ibtidai sinif müəllimi X5 fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan və təhsil idarəsinin “psixoloji tibbi-pedoqoji komissiyasının müvafiq qərarları ilə evdə təhsilə cəlb edilmiş şagirdlərə ibtidai sin if müəllimi tərəfindən keçirilməli olan və tədris edilmək üçün Günzarə Şükürovaya verilmiş 17 saat dərs keçmədiyi üçün və həmn dərslərin tədris olunması zəruriyyəti yarandığından 23 sentyabr 2021-ci il tarixindən məktəbin digər sinif müəllimləri tərəfndən əvəz edilmişdir. - X3 27.12.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, ona əmək haqqı yazılmadığı və əmək haqqı almadığı üçün ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.3-cü maddələrinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. İş faktiki hallarından göründüyü kimi X18 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, eyni zamanda protokola baxılaraq B.İmranov barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən protokola baxılma yeri və müddəti barədə o, lazımi qaydada məlumatlandırılmamış, bununla da protokola baxarkən yalnız G.Şükürovanın şikayət ərizəsinə əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan, yəni şikayətçi B.İmanov tərəfindən tərtib edilmiş aktı imzalamış şəxslər dindirilmədən, G.Şükürovanın həqiqətən aktı imzalamaqdan imtina etməsi aydınlaşdırılmadan işə baxan vəzifəli şəxs, DƏMX-ın Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 11.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün vəzifəli şəxsə göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X18 barəsində vəzifəli şəxs Ayaz Rəhimovun gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də məhkəmə, işə baxılaraq qərar qəbul edilərkən Bəhrəm İmranov dəvət edlib dindirilməklə onun dəlillərinin və arqumentlərinin nədən ibarət olmasının aydınlaşdırılmadığını nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, 11.02.2022-ci il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün DƏMX-ın Gəncə regional ərazi şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X18 barəsində Azərbaycan Respublikası ƏƏSMN X19 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN X19 Xidmətinin Gəncə regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-129/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-129/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver