Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-13/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi, şikayətçinin müdafiəçisi X8, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X12 iştirakı ilə, X5 03.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 03 noyabr 2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçinin müdafiəçisi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, X7 Gəncə Ərazi Şöbəsinin 03 noyabr 2021-ci il tarixli, MN0646394 nömrəli qərarına əsasən X5 X9 ilə əmək müqaviləsi bağlanmadığından AR İXM-nin 192.1-ci maddəsinə münasibətdə inzibati tənbehə məruz qalaraq barəsində qərar qəbul edilmişdir. Əmək Müfəttişliyi tərəfindən gəlinən nəticə qanunvericiliyin tələblərinə və xəstənin təhlükədə qoyulması ilə bağlı əhalinin sağlamlığının qorunması və Aazərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə ziddir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, İntermedservis MMC-ti özəl tibb fəaliyyəti ilə məşğul olur. X9 xəstəxanaya daxil olmuş xəstənin dərhal əməliyyat olunması və bu əməliyyatın olmadığı halda xəstənin yəni doğuş edən ananın və uşağın həyatı üçün təhlükə yaranması halını aradan qaldırılması üçün X4 xidmətindən bir dəfə istifadə edilmiş və onunla bağlı tibbi xidmətin dəyəri ödənilməklə müvafiq olaraq ödənişlər aparılmışdır. Göründüyü kimi Ülkər Kərimova tərəfindən mama ginekoloq Nigar Məmmədovanın xidmətindən istifadə edilməsi ananın həyatının və uşağın həyatının qorunması zərurətindən yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, tərəflər arasında olan bu münasibət davam edən münasibətlərə aid deyil. İşdə olan materiala və işin halına əsasən 49-cu maddənin tələbinə gəldikdə əgər inzibati tənbeh əmək müqaviləsinin tətbiqi ilə bağlıdırsa, Nigar Məmmədovanın göstərdiyi xidmətdən artıq 3 aydan artıq müddət keçmişdir. Bu baxımdan inzibati tənbehin tətbiqi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Həmçinin Əmək müfəttişliyi tərəfindən qəbul edilmiş qərarın ilkin olaraq həlli ilə bağlı məsələyə görə X17 şəhər Prokurorluğuna və Əmək Müfəttişliyinə baxış üçün cəlb edilməmişdir. O, cümlədən inzibati tənbehin tətbiq edilməsi üçün müddətdə ötürülmüşdür. Bu baxımdan göstərilən dəlillər onu göstərir ki, iş üzrə qəbul edilmiş İnzibati tənbeh barədə qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Sonda o, şikayətin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X15 məhkəmə iclasında şikayəti qəbul etməyərək bildirmişdir ki, Ülkər Kərimovaya inzibati protokol tərtib edilməmişdən, həmçinin qərar qəbul edilməmişdən öncə bildirişlər göndərilmiş, şöbəyə dəvət olunmuş, Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən üç ay ərzində inzibati qərar qəbul edilmişdir. Sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 03.11.2021-ci il tarixli MN № 0646394saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüququ qüvvəyə minmədən X1 MMC-nin direktoru X10 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan 22.10.2021-ci il tarixli bildirişdən görünür ki, ƏƏSMN yanında DƏMX Gəncə regional ərazi şöbəsi İntermedservis MMC-nin direktoru X13 şəhər prokurorluğunun 13.10.2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı üzrə işə baxılmasının 03.11.2021-ci il tarixdə saat 11:00-da təyin olunması barədə məlumat vermişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Çünki İntermedservis MMC-nin direktoru olaraq Ülkər Kərimova əmək qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həkim X2 xidmət göstərilməsinə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən Ülkər Kərimova tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Həmçinin inzibati protokol və qərar qəbul edilərkən şikayətçi Ülkər Kərimovaya əvvəlcədən bildiriş verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi tərəfindən işçinin əmək müqaviləsi qanuni qüvvəyə minməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Ülkər Kərimova barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Ülkər Kərimovnın şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 03 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X10 barəsində 03 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-13/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-13/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver