Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-130/2021 14.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X1 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 48/19 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək əri X4 barəsində Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 48/19 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 48/19 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzə qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Buna görə də həmin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzə qərardan barəsində qərar çıxarılmış X3 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 48/19 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzə qərar X4 barəsində çıxarıldığından X2 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 48/19 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzə qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-130/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-130/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver