Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-130/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1, Gəncə şəhər X9 Şöbəsi Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tam əsassızdır, buna görə də həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. 12 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində ona məxsus “Mercedes E230” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 16:16 radələrində YPX-nın əməkdaşı onu saxlamış və protokol tərtib edilmişdir. O, protokolun tərtib edilməsinə etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazını bildirdiyi üçün şikayətinə 24 yanvar 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin X9 Şöbəsində baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən öz versiyalarını sübuta yetirməədn 40 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. O, protokolda qeyd olunan yol hərəkəti qaydasını pozmamışdır, barəsində tərtib edilmiş protokol qərəzli olaraq tərtib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin qabaq buferi təmirdə olduğu üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını ön aşağı hissədə bağlamağa yer olmadığına görə onu ön şüşəyə bərkitmişdir. Bu halda da nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı aydın şəkildə ön hissədən görünürdü. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul edilməsi üçün dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması lazım idi. Ancaq qeyd olunan hadisədə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının hər ikisi nəqliyyat vasitəsinin üzərində olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X9 Şöbəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis kiçik serjantı X4 bildirdi ki, X3 idarə etdiyi “Mercedes E230” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanlarından biri olmadığına görə barəsində protokol tərtib etmişdir. Belə ki, avtomobilin ön hissəsində dövlət qeydiyyat nömrə nişanı yox idi. X5 avtomaşının ön hissəsində yerləşdirməli olduğu dövlət qeydiyyat nömrə nişanını maşının ön şüşəsinə vurmuşdur. Ona görə də barəsində haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, qərara əlavə edilmiş fotoşəkilləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş, X3 barəsində tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 idarə etdiyi “Mercedes E230” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində dövlət qeydiyyat nömrə nişanı olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X3 barəsində Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin 24 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-130/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-130/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver