Məhkəmə qərarları › İş №3(044)-132/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-132/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-132/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ xx xxxxxx 2021-ci il Gəncə şəhəri Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirmişdir ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləməklə məhkəmənin təsərrüfat işlərini icra edir. xx.xx.2020-ci il tarixdə saat 16:33 radələrində Gəncə şəhəri, Ə.Mehmandarov küçəsində ona məxsus olan “Mercedes C180” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Gəncə şəhər X11 Şöbəsinin əməkdaşı tərəfindən ona “saxla” əmri verilmişdir. Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X8 onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasını bildirərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati qərar qəbul edilmişdir. O, X11 Şöbəsinin əməkdaşına xidməti vəsiqəsini təqdim edib məhkəmə orqanı əməkdaşı olduğunu bildirsə də, polis əməkdaşı onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X8 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X6 izahat verərkən bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:33 radələrində Gəncə şəhəri, Ə.Mehmandarov küçəsində “Mercedes C180” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 “saxla” əmri vermişdir. Onun barəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərini pozması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati qərar qəbul edilmişdir. Həmin qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 488 nömrəli Qərarının 2.1.7-ci bəndində əsasən xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilən şəxslərə hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər aid edilmişdir. İş materiallarına əlavə edilmiş xidməti vəsiqənin surətindən görünür ki, X1 Ağır Cinayətlər Məhkəməsində dövlət qulluğunun 1-ci dərəcəli referenti olmaqla böyük mütəxəssis vəzifəsində işləyir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 məhkəmə orqanının əməkdaşı olmasına baxmayaraq, onun barəsində yuxarıda qeyd edilənlər nəzərə alınmadan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin yuxarıda qeyd edilən məhkəmə iclasında tədqiq edilmiş materialları və işin faktiki halları ilə X2 əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xətasının tərkib əlamətlərinin olması təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti təmin edilməklə, Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Gəncə şəhər X11 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar