Məhkəmə qərarları › İş №3(044)-132/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-132/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-132/2022 25.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri Nizami RPİ-nin İTB-in polis sahə rəisi polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında material araşdırlarkən materiala əlavə olunmuş raport və 25 fevral 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 22.11.2021-ci il tarixdə, saat 18:00 radələrində Şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlanılmasında şübhəli olduğuna görə Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi 16-cı küçənin yaxınlığında saxlanılaraq BPİ-nə gətirilmiş və üzərinə baxış zamanı üzərindən 1.62 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilmişdir. Nəticədə Şəxs barəsində 25.02.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 22.11.2021-ci il tarixdə saat 18:00 radələrində Gəncə şəhəri, Hərbi şəhərcik 83, ev 397, mənzil 35-də qeydiyyat olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 16-cı küçədə yaşayan xx.xx.2000-ci il təvəllüdlü Şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlanılmasında şübhəli olduğuna görə Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi 16-cı küçənin yaxınlığında saxlanılaraq BPİ-nə gətirilmiş, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən aşkar edilmiş 1 ədəd “LD” markalı siqaret qutusunda təmiz çəkisi 1,62 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Məclisin qərarından görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçü kifayət edən narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 5 qram xeyli miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsiüçün kifayət edən sübut növü hesab edilir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması 24 noyabr 2021-ci il tarixli qərarla rədd edilmiş, lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icaat başlanılmış və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 24.11.2021-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol 25.02.2022-ci il tarixdə tərtib olunmuş və 25.02.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, hazırda isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbuldiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində 25 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar