Məhkəmə qərarları › İş №3(044)-134/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-134/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-134/2020 27.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayətçi X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Həmidə xanım Məmmədquluzadə küçəsində yerləşən ünvanda keçirilən plandankənar yoxlama zamanı onun lisenziya olmadan özəl tibb fəaliyyəti (stomotoloji) ilə məşğul olması faktı aşkar edilmiş, bununla da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublkası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilnmişdir. O, barəsində çıxarılmış qərarla razı deyildir. O, heç bir inzibati xəta törətməmiş və heç bir qayda pozuntusuna yol verməmişdir. Qeyd edilənləri əsas gətirən şikayətçi X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, 2019-cu ilin son aylarında VÖEN almaq üçün müraciət etmiş və o VÖEN-in belə tezliklə açılacağına ümid etməmişdir. Lakin 2019-cu ilin sonunda ona məlumat verildi ki, o VÖEN açmışdır. Lakin o hələ hazır olmadığından fəaliyyətə başlamaqdan imtina etmişdir. Onun ərizəsinə əsasən xx xxxxxx 2020-ci ildə onun fəaliyyətinə xitam verilmişdir. xx xxxxxx 2020-ci ildə o obyektdəkı avadanlıqları yığışdırmaq istəyən zaman obkyektə yoxlama aparılmış və ona lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmasını bildirmişlər.Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni deyildir. Odur ki, həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə şikayətə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında elan edilmiş və şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Həmidə xanım Məmmədquluzadə küçəsində yerləşən ünvanında lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 16 nömrəli qərardan müəyyən edilir ki, X3 məxsus təşkilatın fəaliyyətini yoxlanılması qərara alınmışdır. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirib, şikayət vemiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi X3 məxsus VÖEN 2019-cu ilin son aylarında aktivləşmiş, xx xxxxxx 2020-ci ildə isə X2 fəaliyyətinə xitam verilmişdir.Şikayətçi məhkəmə iclasında izahatında qeyd etmişdir ki, əslində onun məqsədi protezlərin hazırlanmasından ibarət olmşdur.Lakin o, sonradan fikrini dəyişərək fəaliyyətini dayandırmışdır. Məhkəmə şikayətçinin qeyd edilən dəlilini səmimi qəbul edir və bununla bağlı onu qeyd edir ki, fərdi sahibkarın uçotuna dair məlumatlardan da görünür ki, həqiqətən də X1 sahəsində fəaliyyət göstərmək niyyəti ilə vergi uçotuna alınmışdır. Stomatologiya sahəsində fəaliyyət göstərmək niyyəti ilə vergi uçotuna alınmış şəxsin xx xxxxxx 2020-ci ildə fəaliyyəti dayandırıldıqdan keçən müddət ərzində yenə də avadanlıqların həmin kabinetdə mövcud olması onun həmin fəaliyyətlə məşğul olmasına dəlalət edir. Şikayətçinin məhkəmə iclasında xx xxxxxx 2020-ci ildə avadanlıqları həmin kabinetdən götürmək üçün kabinetə gəlməsini dair dəlillərini məhkəmə qəbul etmir və həmin dəlilləri inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş dəlillər kimi qiymətləndirir. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı ilə protez vasitələrinin hazırlanması xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 4-cü madəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN 0327661saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsasında çıxarılmış 18.02 2020-ci il tarixli, MN 0327661saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsasında çıxarılmış 18.02 2020-ci il tarixli, MN 0327661saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsasında çıxarılmış 18.02 2020-ci il tarixli, MN 0327661saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar