Məhkəmə qərarları › İş №3(044)-136/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-136/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-136/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X5 oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 DİN Baş Dövlət X7 xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət X7 xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayonu 6 nömrəli məktəbin yaxınlığında xx.xx.2021-ci il tarixdə saat 12:54:04 tarixdə ona xüsusi texniki vasitələrin köməyi ilə inzibati tənbeh (EQ 5297240) tətbiq edilmiş və cərimə yazılmışdır. Məsələni aydınlaşdırdıqda ona məlum olmuşdur ki, onun hərəkət etdiyi istiqamətdə vaxt düzgün müəyyən edilməyib, ərazinin dəqiqliyi qeyri-müəyyəndi. Belə ki, protokolda qeyd olunan vaxtda o, həmin ərazidə avtomobil idarə etməmiş və onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdı və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və avtomat rejimdə inzibati xəta qeydə almaq hüququna malik deyil və İXM-nin maddə 81 xüsusi texniki vasitələrin göstəriciləri qeyd etdiyi maddə aydın görünür ki, hər texniki vasitə özbaşına hər iş görə bilməz, çünki sertifikatlaşmada göstərir ki, həmin kameraların vəzifəsi inzibati xəta qeyd almaq deyil. Belə ki, ona tətbiq olunan cərimə ASANPAY ödəniş portalına yerləşdirilib və oradada inzibati xətanı qeydə alan cihazın hansı təyinatda istifadə olunduğu qeyd olunmamışdır. Bunları isə bilmək onun qanuni haqqıdır. Hesab edir ki, ona tətbiq olunan elektron qərar müşahidə kamerasının, müşahidə monitorundan əldə olunan məlumat əsasında tətbiq olunmuşdur, bu da qanunsuzdur. Məhkəmə iclasında şikayətçi ərizəsii müdafiə edərək bildirmişdir ki, Mercedes Benz E300 markalı, 99OJ234 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və GƏncə şəhərində həmin avtomobili o, idarə edir. Şikayət etdiyi qərarın qardaşı X4 barəsində tərtib olunduğunu o, hazırda məhkəədə öyrənmişdir. Çünki onun və ya qardaşının ünvanına həmin qərar göndərilməmiş, sadəcə telefonuna ASANPAY-dən gələn mesajdan sonra onun bu barədə məlumatı olmuşdur. İş üzrə inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 60 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X3 şikayətində avtomobili özü idarə etdiyini və onun barəsində qərar qəbul edildiyini bildirsə də, xx.xx.2021-ci il tarixli qərarda inzibati xətanın X4 tərəfindən törədilyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində qərar çıxarılmış X2 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar X4 barəsində çıxarıldığından X3 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN Baş Dövlət X7 xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar